1973-cü ildə Jacques Lacan Andre Green-ə göndərdiyi məktubda şüursuzluğu affekt üzərindən anlamağa cəhd edən yanaşmanı qəti şəkildə rədd etmişdi. Bu məktub, post-freudien diskursun mərkəzində bir yarıq açdı.
Seminarda həmin məktubu təhlil edərək Lacan və Green arasında dərin nəzəri ziddiyyətləri araşdıracayıq
– Subyekt (le sujet) dilin məhsuludur, yoxsa travmanın?
– İnterpretasiya kəsir, yoxsa empatiya qurur?
– Obyekt itirildikdə nə baş verir: arzu (le désir) yaranır, yoxsa psixi ölüm?
Aşağıdakı əsas anlayışlara nəzər salacayıq:
obyekt a (l’objet a), ölü ana (la mère morte), deobyektivləşmə (désobjectalisation), affekt və struktur, inkarın işi (travail du déni).
Seminar psixoanalizin əsasları ilə tanış olan və strukturalizmlə affekt nəzəriyyəsi arasındakı fərqləri dərindən araşdırmaq istəyən iştirakçılar üçün nəzərdə tutulub.
Proqram:
1. Giriş: Niyə Lacan–Green mübahisəsi bu gün də aktualdır
2. Lacan-ın mövqeyi: struktur, obyekt a, dil kimi şüursuzluq
3. Green-in mövqeyi: affekt, ölü ana, itki ilə iş
4. Lacan-ın Green-ə məktubu
5. Klinik keyslər: hər bir yanaşmada analitikin qulaq asma tərzi
6. Praktikada etik və texniki nəticələr
7. Müzakirə və fikir mübadiləsi
İştirak: sərbəst
Lacan-ın Andre Green-ə yazdığı məktubunu oxuyacağıq, əsas anlayışları müqayisə edəcəyik, klinik nəticələrə baxacağıq.
Seminardan daha çox faydalanmaq üçün aşağıdakı mətnləri nəzərdən keçirməyinizi tövsiyə edirəm:
Lacan, Fonction et champ de la parole (The function and field of speech and language in psychoanalysis)
Green, La mère morte (Ölü ana)
Hər iki əsər ingilis, türk, rus və digər dillərə tərcümə edilmişdir
Also check out other Workshops in Baku.