Tufandağ Baş Qafqaz silsiləsindədir. Hündürlüyü 4191 m. Yerli əhalinin məlumatma görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır.
Azərbaycanın üçüncü ən hündür massivinin ən hündür zirvəsidir (4191 m). Azərbaycanda yeganə zirvədir ki ilin bütün fəsillərində real qapalı və açıq buz çatlar və buzlaqlar mövcuddur.
Azərbaycanın qar bəbiri (7x4000m) proqramına daxil olan zirvədir.
“Çingiz zirvəsi” kimi tanınan Tufandağ massivində 4062 metr hündürlükdə yerləşən zirvə Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub. Zirvədə onun adını daşıyan lövhə var.
Zirvəyə çıxmış bütün iştirakçılara sertifikat verilir!
TURUN PROQRAMI:
🚩Gün 1
• 06:00 Gəncnlik mall qarşısında toplaşırıq Bakıdan çıxırıq
• 06:30 - 10:30 Bakı-Quba-Xınalıq istiqamətində yola düşürük.
• 11:00 - 13:00 Xınalıq (2100m) kəndindən 4×4 dağ maşınları ilə 2700m kimi yola düşürük.
• 14:00 – 18:00 aşağı Tufangöl, düşərgəyə qalxırıq.
• 18:00 – 20:00 Akklimatizasiya çıxışı 3500m kimi, qar və buz təlimləri. Qarlı-buzlu relyefdə təhlükəsiz hərəkət və sığorta texnikası təlimi. Krampon və buz baltalarından istifadə qayadaları
• 20:00 - 21:00 Axşam yeməyi istirahət və asudə vaxt.
• aşağı sirk (3100m ) düşərgədə gecələmə.
🚩Gün 2
• 03:00 oyanma səhər yeməyi və çıxışa hazırlıq.
• 04:00 - 10:00 Tufandağ (4191m) zirvəsinə dırmanırıq.
• 11:00 - 12:00 Tufandağ – Çingiz Mustayafyev zirvəsinə keçirik.
• 13:00 - 17:00 düşərgəyə dönüş.
• 18:00 Axşam yeməyi istirahət və asudə vaxt.
düşərgədə gecələmə
🚩Gün 3
• 08:00-9:00 oyanma səhər yeməyi və düşərgənin yığılması.
• 09:00-11:00 (2700m) eniş.
• 11:00-13:00 Xınalığa 4×4 dağ maşınları ilə eniş.
• 14:00-18:00 Xınalıqdan Bakıya qayıdış.
🚩LAZIMİ LƏVAZİMATLAR:
• Bel çantası (backpack) ( 50 LT- 70 LT)
• Yataq kisəsi
• Krampon
• Kaska
• sığorta kəməri
• 1-2 karabin
• Mat (varsa götürün,yoxdursa bizə bildirin biz təşkil edək)
• Yürüş çubuqları
• Tozluq
• Su keçirməz bot ( Waterproof)
• Su keçirməyən kurtka ( Gore-tex )
• Su keçirməyən şalvar ( Gore-tex )
• Gün eynəyi
• Əlcək, papaq
• Dəyişiklik geyim ( İsti polar və s.)
• Corab 2 cüt ( Termo)
• Gündən qorunmağa krem spf 50+
• Tibb çantası ( şəxsi dərman və gigiyenik vasitələr)
• Termos və su qabı
• Qab-qaşıq, fincan.
• Tur boyu yemək və su
• Alın fənəri
🚩TURUN QİYMƏTİNƏ DAXİLDİR:
• Səyahət siğortası
• Zirvə sertifikatı
• Dövlət Sərhəd xidmətinin icazəsi
• Şahdağ Milli Parka giriş icazəsi
• Fövqəladə Hallar nazirliyinin icazəsi
• Şahdağ Milli parka giriş biletləri
• Yürüş zamanı peşəkar 2 və ya 3 bələdçi (Alpinistlərin (iştirakçılarının) sayından asılı olaraq)
• Sadə dağ relyefində təhlükəsiz hərəkət etmə təlimi
• Bakı–Xınalıq–Bakı nəqliyyat
• 4×4 avtomobil (Xınalıq 2100m–birinci düşərgə 2700m–Xınalıq 2100m)
• 2 və ya 3 nəfərlik çadırlarda yerləşmə.
• Mat
• Kaska
• sığorta kəməri
• 1-2 karabin
• Primus, (qorelka), qaz balonu.
• Ehtiyac olsa xilasetmə xidməti və ilk yardım.
🚩QEYDİYYAT VƏ ÖDƏNİŞ ÜÇÜN SON TARİX: 13 İyul 2025
• Turun sifarişi və ödənişi tur tarixindən ən azı 15 gün əvvəldən olunmalıdır (şəxsiyyət vəsiqəsinin (pasportun) dövlət qürumlarından icazə almaq üçün vacibdir).
• Tura qoşulacaq şəxslər özləri ilə zəruri su və qida götürmələri xahiş olunur.
• İştirakçı sayı limitli olduğuna görə ilk ödəniş edənlər qeydə alınacaq.
• Hər hansı çatışmayan ləvazimatla bağlı bizə müraciət edin.
• Hava şəraiti ilə əlaqədar olaraq tur təxirə salına və ya vaxtı dəyişdirilə bilər.
🚩TURUN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 250 Azn
ENDİRİM %
🚩SON QEYDIYYAT TARİXİNƏ (13 İyul 2025 ) 1 GÜN QALMIŞ TURA GƏLMƏKDƏN IMTINA EDƏNLƏRIN ÖDƏNİŞİ GERİ QAYTARILMIR!
Əlaqə üçün:
(WhatsApp)
+994 55 554 66 24 Vüsalə x.
Bizi seçdiyiniz üçün təşəkkür edirik
You may also like the following events from Baku Alpine Club: