Qax cənnətinə payız səfəri, 10 October | Event in Baku | AllEvents

Qax cənnətinə payız səfəri

Backcountry Azerbaijan

Highlights

Fri, 10 Oct, 2025 at 11:45 pm

Baku Railway Station

Advertisement

Date & Location

Fri, 10 Oct, 2025 at 11:45 pm - Sun, 12 Oct, 2025 at 06:45 am (AZT)

Baku Railway Station

Perron Cafe, Bakı, Azərbaycan, Baku, Azerbaijan

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

Qax cənnətinə payız səfəri
Əziz macərapərəstlər, əminik ki, siz də bizim kimi şəhərin səs küyündən bacardığınız qədər uzaqlaşıb, dağlar və meşələrə doğru yol almağa hazırsınız. Bunu bildiyimiz üçün sizi gecə qatarı ilə Bakıdan götürüb, ölkəmizin ən cənnət istiqamətlərindən olan, şimal-qərbə, dəqiq desək, Qaxa aparırıq. 🧡

Sehrli təbiəti, qədim tarixi abidələri, canayaxın insanları ilə həmişə seçilən bu bölgəni birlikdə kəşf edib, ruhunuzu dinləndirməyə nə deyirsiniz?

Günün PLANI

10 oktyabr 2025 (Cümə günü)
23:30 – Bakıda toplanış (Bakı Dəmiryolu Vağzalı)

11 oktyabr 2025 (Şənbə günü)
06:50 – Qax Dəmiryol Stansiyası;
07:40 – İlisu kəndi, Ramramay şəlaləsinə yola düşürük;
08:20 – Şəlalə, sərbəst vaxt; (Öz azuqəmizlə səhər yeməyi)
10:30 – Qalaça (Şamil Qalası);
11:20 – Sumuq qala;
12:30 – 14:30 - Çay və yemək fasiləsi;
15:00 – Ulu körpü;
16:00 – Kürmük məbədi;
17:00 – Qax şəhəri, sərbəst vaxt;
22:20 – Mərkəzdə toplanış, dəmiryol stansiyasına yola düşmə;
23:00 – Qax stansiyası;

12 oktyabr 2025 (Bazar günü)
06:42 – Bakı;
•••••••••••••••••••••••••••••••••

GƏRƏKLİ LƏVAZİMAT

• Su keçirməyən ayaqqabı
• Rahat geyim(Yürüş üçün nəzərdə tutulmuş xüsusi geyim arzuolunandır).
• Gün eynəyi
• Tərləyəndə dəyişmək üçün üst geyim və corab.

•••••••••••••••••••••••••••••••••

QİDALANMA

Qidalanma İlisu və Qaxda sərbəst şəkildə olacaq. Qiymətə daxil deyil. Lakin gecə Bakıdan çıxarkən özünüzlə səhər Ramramay şəlaləsi mənzərəsində yemək üçün yüngül sendviç götürün.

•••••••••••••••••••••••••••••••••

YÜRÜŞÜN MƏLUMATLARI

• Çətinlik: Asan
• Məsafə: 7-9 km (ümumilikdə gəzinti)
• Müddət: 3-5 saat
• Minimum yüks: 200 m
• Maksimum yüks. 1500 m.

•••••••••••••••••••••••••••••••••

QEYDİYYAT ÜÇÜN – ÖDƏNİŞ 70 AZN



Qiymətə daxildir:
• Bələdçi
• Nəqliyyat (Bakı – Qax) ADY gecə qatarı - Standart bilet (Standart+ bilet üçün əlavə 20AZN ödəniş edilməlidir)
• Avtobus – Qax və İlisu ərazilərində gəzinti.

Qeyd: Yürüşün başlanmasına 48 saat qalmış gəlməkdən imtina etsəniz, ödəniş geri qaytarılmır.
•••••••••••••••••••••••••••••••••

Qeydiyyatdan keçmək üçün bizə yazın;
https://tinyurl.com/ya95e6vg

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

To stay informed about ticket information or to know if tickets are not required, click the 'Notify me' button below.

Advertisement

Nearby Hotels

Baku Railway Station, Perron Cafe, Bakı, Azərbaycan, Baku, Azerbaijan
Get updates and reminders

Host Details

Backcountry Azerbaijan

Backcountry Azerbaijan

Are you the host? Claim Event

Advertisement
Qax cənnətinə payız səfəri, 10 October | Event in Baku | AllEvents
Qax cənnətinə payız səfəri
Fri, 10 Oct, 2025 at 11:45 pm