Qu gölü, 18 December | Event in Baku | AllEvents

Qu gölü

Heydər Əliyev Sarayı - Rəsmi səhifə

Highlights

Thu, 18 Dec, 2025 at 07:00 pm

3 hours

Bülbül prospekti, 35, 1014 Baku, Azerbaijan

Advertisement

Date & Location

Thu, 18 Dec, 2025 at 07:00 pm to 10:00 pm (AZT)

Bülbül prospekti, 35, 1014 Baku

Bülbül Prospekti 35, Bakı, Azərbaycan, Baku, Azerbaijan

Save location for easier access

Only get lost while having fun, not on the road!

About the event

Qu gölü
“Qu gölü”

(3 pərdəli balet)



Libretto müəllifləri – V.Beqiçev və V.Qeltserdir

Xoreoqrafiya – L.İvanov və V.Petipanındır



Tamaşanın dirijoru

ƏYYUB QULİYEV

Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və

"Humay" milli mükafatının laureatı



Quruluşçu baletmeyster

QƏMƏR ALMASZADƏ

SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı



Quruluşçu rəssam

LEV İVANOV

BALETİN QISA MƏZMUNU

I pərdə

Birinci şəkil. Qədim qalanın bağçasında şahzadə Ziqfrid həddi-buluğa çatmasını bayram edir. Qonaqlar Ziqfridin şərəfinə badə qaldırır, rəqs edir, şənlənirlər. Hökmdar şahzadə xanım oğluna xatırladır ki, sabah o özünə adaxlı seçməlidir.

Hava qaralır. Ziqfrid təkdir. Uzaqdan dəstə ilə uçan qu quşları görünür. Ani olaraq ox-yayı götürən şahzadə gölə doğru qaçır.



İkinci şəkil. Gölün boş sahili. Suyun güzgü kimi şəffaf səthində ağ rəngli məğrur qu quşları üzür. Bu qəddar sehrbaz Rotbart tərəfindən sehrlənərək qu quşlarına çevrilən qızlardır. Yalnız onların ən gözəli – Odettaya bir gəncin sadiq məhəbbəti qızların üzərindən sehri götürə və cadunu məhv edə bilər.

Şahzadə görünür. O, başında tac olan bir qu quşunun sahilə doğru üzdüyünü, gözəl bir qıza – qu quşlarının hökmdarı – Odettaya çevrildiyini görür və ona yaxınlaşmağa can atır. Lakin Odetta qorxaraq və titrəyərək ondan qaçır. Ziqfrid ona doğru tələsir. Qəflətən onların gözləri bir-birinə sataşır və tanış olmayan bir hiss onların hər ikisinin qəlbini bürüyür. Şahzadə Odettaya əbədi məhəbbətinə and içir.



II pərdə

Sarayda bayram əhval-ruhiyyəsi hökm sürür. Şahzadə krallığın adlı-sanlı ailələrindən olan qızlar içərisindən özünə adaxlı seçməlidir. Lakin dəvət olunanların heç biri onun nəzər-diqqətini cəlb edə bilmir.

Şeypur səsləri yeni qonaqların gəldiyindən xəbər verir. Bu qəddar sehrbaz Rotbart və onun Odettanın surətinə girmiş qızı Odilliyadır. Hiyləgər naməlum qadın şahzadəni ovsunlayır və Ziqfridə elə gəlir ki, o qu quşlarının kraliçasıdır. Bu oxşarlığa aldanan şahzadə Odilliyanı özünə adaxlı seçir və məhəbbətinə and içir. Rotbart qələbə çalır, şahzadə sədaqət andını pozur və beləliklə, Odetta və onun rəfiqələri həmişəlik qu quşları kimi qalacaqlar.

Sarsılmış şahzadə ümidsiz halda gölə tərəf qaçır.



III pərdə

Gecədir. Təşvişə düşən kədərli qu quşları – qızlar gölün sahilində dayanmışlar. Şahzadə Odettaya verdiyi andına əməl etməmişdir. Şər qüvvələrin əlindən qurtulmaq ümidi boşa çıxmışdır. Sevinc içərisində olan Rotbart onların qorxmuş dəstələri üzərində uçur. Ziqfrid qaçıb gəlir. O, Odettanın bağışlanmasını xahiş edir. Qız şahzadəni bağışlamağa hazırdır, lakin o və rəfiqələri bütün ömürləri boyu qu quşlarının cildində yaşamağa məhkumdurlar. Ziqfrid ümidsizlik içərisindədir. O, Rotbart ilə qeyri-bərabər döyüşə girişir. Qəddar sehrbaz sevgililəri ayırmağa çalışır. Lakin şər məhəbbətin gücü qarşısında acizdir.

Sehbazın qaranlıq dünyası dağılır və Rotbart özü məhv olur. Məhəbbət qalib gəlir. Parlayan günəşin şəfəqləri xoşbəxt Odetta və Ziqfridi işıqlandırır.


You may also like the following events from Heydər Əliyev Sarayı - Rəsmi səhifə:

Also check out other Arts events in Baku.

interested
Stay in the loop for updates and never miss a thing. Are you interested?
Yes
No

Ticket Info

Tickets for Qu gölü can be booked here.

Advertisement

Nearby Hotels

Bülbül prospekti, 35, 1014 Baku, Azerbaijan, Bülbül Prospekti 35, Bakı, Azərbaycan, Baku, Azerbaijan
Reserve your spot
Ask AI if this event suits you
Advertisement
Qu gölü, 18 December | Event in Baku | AllEvents
Qu gölü
Thu, 18 Dec, 2025 at 07:00 pm