Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Vergi Qanunvericiliyi və Mühasibat

Advertisement

Vergi Qanunvericiliyi və Mühasibat


"Business House" sizləri keçiriləcək növbəti təlimə dəvət edir.

✅Kimlər iştirak edə bilər:
Business House karyerasını Maliyə&Mühasibatlıq sahəsində qurmaq istəyən və ya bu sahədəki biliklərini təkmilləşdirmək istəyən şəxslər üçün 23.02.2019-ci il tarixindən başlayacaq "Vergi Qanunvericiliyi və Mühasibat" adlı təlimə start verir.

Təlim ərzində vergi ilə bağlı bütün əməliyyatların izahı olacaq və dərslər həm nəzəri, həm də praktik olaraq keçiriləcəkdir. Əlavə olaraq 2019-ci il vergi məcəlləsində olan dəyişikliklər praktik çalışmalarla şərh ediləcəkdir.

?‍?Təlimçi Vasif Əliyev

Vergi Uçotu üzrə Azərbaycanda ən tanınmış mütəxəssislərindən biridir. F3, Vergi uçotu, Auditorlar palatasının daxili audit və digər sertifikatlara sahibdir. Vasif müəllim 10 illik iş təcrübəsinə sahibdir. Bəhrə Biskvit Fabriki, Koroğlu Dağıtım və Ticarət, VAP CO Consulting maliyyə şirkəti və İmprotex İndustries MMC də müxtəlif vəzifələrdə çalışmış, BMW, HB Güvən Klinikası, İmprotex Travel, Trucks and Buses, Finezza Catering, Maestro, Rovel Group və digər şirkətlərdə maliyyə auditi və vergi məsləhətçisi kimi çalışmışdır. Hal hazırda peşəkar karyerasını Upper Finance MMC-nin rəhbəri olaraq şirkətlərə vergi, maliyyə və mühasibat sahələrində xidmət göstərir.

✔Təlim haqqında:
☑️Modul 1. Vergi qanunvericiliyi ilə bağlı ümumi hissə
☑️Modul 2. Əmək münasibətləri ilə bağlı vergi, əmək və məcburi sosial sığorta üzrə qanunvericiliklərin tənzim edilməsi
☑️Modul 3. Sadələşdirilmiş vergi
☑️Modul 4. Fiziki şəxslərin gəlir vergisi
☑️Modul 5. Ödəmə mənbəyindən verginin tutulması
☑️Modul 6. Əlavə dəyər vergisi
☑️Modul 7. Torpaq vergisi
☑️Modul 8. Əmlak vergisi
☑️Modul 9. Aksiz vergisi
☑️Modul 10. Yol vergisi
☑️Modul 11. Mədən vergisi
☑️Modul 12. Hüquqi şəxslərin mənfəət vergisi
☑️Modul 13. Fiziki şəxslərin gəlir vergisinə və hüquqi şəxslərin mənfəət vergisinə aid olan maddələr

Təlim 3 ay olmaqla 36 saat təşkil edir. Dərslər həftənin şənbə günü saat 10:00 - 13:00 dək davam edir. Təlimdə iştirak haqqı
aylıq 129 AZN-dir.

? Təlimdə iştirak etmək istəyənlər aşağıdakı əlaqə vasitələri ilə daha ətraflı məlumat əldə edərək qeydiyyatdan keçə bilərlər

Qeydiyyat linki: https://goo.gl/forms/egSCQElFktiYo2et1
Ünvan : Caspian Plaza 1-ci korpus 13-cü mərtəbə
Əlaqə nömrələri :
Mob : 050 295 05 64
Ev : 012 492 55 42



Map Business HouseBaku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement