Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Uğurlu Karyerada İLK ADDIM (Ödənişsiz)

Advertisement

Uğurlu Karyerada İLK ADDIM (Ödənişsiz)


Əziz dostlar!
GTD School Training Center Sizləri iş tapmaq və gələcək karyerada uğur qazanmağın üsulları mövzusunda baş tutacaq “UĞURLU KARYERADA İLK ADDIM” adlı ÖDƏNİŞSİZ seminarında iştirak etməyə dəvət edir.. Bu proqram Sizlərin hazırkı iş həyatınızda və gələcək karyeranızda düzgün və uğurla irəliləmək, idarəetmə bacarıqlarına sahib olmaq üçün zəruri məlumatlar vermək məqsədi ilə hazırlanmış bir proqramdır.

Mövzular:
? Vakansiyanın axtarışı
? Universitetdə təhsil alan müddətdə ixtisas üzrə təcrübə
və staj keçmə imkanlarının araşdırılması
? İctimai işlərdə iştirak, könüllülük təcrübəsi
? CV/rezyume hazırlama, göndərmə, iş üçün müəssisə və idarələrə
məktubla/birbaşa müraciət qaydaları
? Müsahibəyə hazırlıq qaydaları

Təlimçi – Amin Məmmədov
Amin Məmmədov 2001-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsini bitirib, bakalavr dərəcəsi alıb. 2003-cü ildə həmin fakültədən fərqlənmə ilə Magistr dərəcəsi alıb. 2006-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ak. Həsən Əliyev Adına Coğrafiya İnstitutunda aspiranturada təhsil alıb. Coğrafiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi üzərində işləyir. Respublikamızda və ölkəmizdən kənarda Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Birliyi, BMT və digər beynəlxalq təşkilatların həyata keçirdiyi bir sıra layihələrdə müxtəlif vəzifələrdə mütəxəssis və menecer kimi işləyib. Hazırda beynəlxalq layihədə layihə rəhbərinin müavinidir. Layihə idarəetməsi, satınalma, strateji planlaşdırma, kommunikasiya və s. ilə əlaqədar sahələrdə 15 il peşəkar iş təcrübəsi və təlimçi təcrübəsi var. Azərbaycan, Türk, Rus və İngilis dillərini üzrə sinxron tərcüməçidir.
______________________________________________________

ⓘ Təlimdə iştirak üçün aşağıdakı linkdəki qeydiyyat formunu doldurmağınız xahiş olunur:
https://goo.gl/forms/N9gW1Yh3dUfaIexO2
ⓘ Yerlərin məhdud olması səbəbindən erkən qeydiyyatdan keçməniz tövsiyə olunur! Təlimə seçilmiş şəxslər ilə əlaqə saxlanılacaq.

➡️TƏLİMİN DETALLARI
Keçirilmə tarixi
12.01.2019 / 12:00 (2 saat + coffee break)
Ümumilikdə 2 saatdan ibarət olan təlim 1 gün müddətində keçiriləcək.

Ünvan: GTD School baş ofis, Baki, Hüseyn Cavid prospekti 81, (Elmlər metro stansiyasının çıxışı, Mothecare olan binanın 6 cı mərtəbəsi)
Əlaqə:
+994 552037130
+994 552037139
+994 124656105
Z3Rkc2Nob29sYmFrdSB8IGdtYWlsICEgY29t



Liked this event? Spread the word :

Map GTD SchoolHüseyn Cavid prospekti 81, AZ1073 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement