X
Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement

Uğurlu intervyü

Advertisement

Uğurlu intervyü


Bugünki gündə iş bizim hər birimizin həyatımızın bir hissəsini təşkil edir. Hansısa bir müəssisəyə işə qəbul olduqdan, iş həyatına qatıldıqdan sonra həyatımızın, yəni vaxtımızın və enerjimizin 3-də 1 hissəsini işimizə həsr etmiş oluruq. Yaxşı şirkətdə yaxşı vəzifədə çalışmaq çoxlarının arzusudur. Lakin heç də hamı buna nail ola bilmir. Hansısa şirkətdə - müəssisədə işə qəbul olma ehtimalımız hər şeydən əvvəl ən çox bizim intevyülarda özümüzü necə təqdim etməyimizdən və özümüzü necə göstərməyimizdən, yəni qarşı tərəfdə hansı təəssüratı yaratmağımızdan aslıdır. Hər birimiz həyatımız boyunca onlarla sayda müsahibələrdə oluruq, ancaq əfsuslar olsun ki, bunların hamısında uğurlu ola bilmirik, çünki müsahibənin uğurlu keçməyi üçün heç nə etmirik, intervyülara kor-koranə şəkildə gedirik, halbuki bu prosesdən uğurlu çıxmaq üçün buna məqsədyönlü şəkildə hazırlaşmağımız və öz üzərimizdə işləməyimiz lazımdır. Burda belə bir sual yaranır. NECƏ? Bax elə bu təlim də "Necə"lərə cavab verən təlim olacaq ki, sizlər üçün təşkil edirik. Təşkil etmək bizdən, iştirak etmək sizdən.

Təlimi martın 18-i bazar günü saat 15:00-da ARES Academy-də baş tutacaqdır.

Təlimdə iştirak etmək haqqı 25 AZN təşkil edir.
Tələbələr üçün isə endirimlə 15 AZN

Son müraciət tarixi: 17 mart

QEYD: Yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçmək zəruridir. Təlimdə iştirakçı sayına məhdudiyyət qoyulduğuna görə yerlər dolduqdan sonra müraciətlər dayandırılacaqdır.

Odur ki, bu şansı əldən verməmək üçün qeydiyyatdan keçin. Tələsin, yerlər məhduddur. Elə indi qoşulun!

Qeydiyyat linki :
https://goo.gl/forms/fAXi6irktYec0Rvg2

Təlimçi haqqında: Xəyal Abdullayev

- Biznesin inkişafı üzrə konsultant - Marketing, satış, TOT üzrə beynəlxalq dərəcəli professional trener; - 2 ali təhsili var. (Qərb Universiteti, Bakı Slavyan Universiteti); - Sahə etibarilə marketing və satış sektorunda ixtisaslaşıb. - 5 ildən çoxdur ki, biznes (satış və marketing) sektorunda fəaliyyət göstərir. 10-a yaxın şirkətdə satış və marketing üzrə çalışmışdır; - Hal-hazırda şəxsi bizneslə məşğuldur. Şirkətlərə korporativ treyninqlər və biznes konsultasiyalar (5 sahə üzrə) verir. - TOT Academy, F & X Academy, Brandsoon Training & Consulting Agency, Bravista Enjoyment Events, Kalagayım - kimi start-upların təsisçisidir və müəllifidir.
- 2014-cü ildən professional olaraq təlimçiliklə məşğuldur. Bir çox şirkətlərdə, biznes mərkəzlərində, universitetlərdə, təlim və təhsil mərkəzlərində, QHT və digər təşkilatlarda 5000-dən çox şəxsə, eləcə də 100-dən çox şirkətin isə marketing və satış personallarına korproativ təlim və seminarlar vermişdir. Türkiyədə də seminar vermişdir; - Təkcə Venta Group şirkətində 2 ay ərzində 1000-ə yaxın şəxsə uğurlu intervyu, müsahibələr və işə qəbul mövzusunda bir çox təlimlər vermişdir. - İndiyənədək 50-dən çox şəxsə/sahibkara peşəkar biznes planlar yazmışdır.
- 2015 - ci ildə LifeLong Learning Programme çərçivəsində Beynəlxalq Təlimçilik Proqramını bitirib beynəlxalq təlimçilik dərəcəsini almışdır.
- 2015 - ci ildən Beynəlxalq Təlimçilər/Kouçinq Assosiasiyasıın rəsmi üzvüdür.
- Business Blogger olaraq da fəaliyyət göstərir.
Rəsmi bloqu: abdullayevkhayal.wordpress.com

Təlimdə iştirak edən hər bir kəs aşağıdakı mövzular üzrə ətraflı və fundamental biliklərə yiyələnəcəklər:

- İntervyü nədir, onun əsl mahiyyəti; - İmtahan, yoxsa müharibə; - 21-ci əsrdə şirkətlərin, iş müəssisələrinin axtardığı kadrlar kimlərdir?
- Bacarıqlar, vərdişlərimiz və təcrübə; - Çalışmaq instinkti nəyə bağlıdır? Niyə çalışmaq istəyirik? - İşə qəbulolma prosesinin mərhələləri: Hazırlıq, CV-lər, müraciətlər, randevu, müsahibə, nəticə
- İntervyülardan əvvəlki mərhələdə etməli olduqlarımız; - Üzərimizə düşən missiyalar nələrdir?
- İntervyü zamanı etməli və etməməli olduqlarımız;
- İntervyüdan sonra etməli olduqlarımız;
- İntervyüları uğurlu edə biləcək amillər;
- İntervyüları bərbad edə biləcək ehtimallar;
- İntervyü zamanı peşəkar özünütəqdimetmə; - İntervyülarda müsbət təəssürat yaratmaq metodları;
- HR-ların namizədlərdə ən çox bəyənmədiyi xüsusiyyətlər; - HR –ların namizədlərdən eşitmək istədiyi sözlər və suallar; - HR-ların namizədlərdən əsla eşitmək istəmədiyi kəlmələr; - HR-ların suallarından uğurlu çıxmaq metodları və s. bir çox bu kimi bilməli olduğunuz vacib, faydalı, praqmatik və maraqlı biliklərə yiyələnəksiniz.

Qeydiyyatdan keçən hər bir şəxslə əlaqə saxlanılacaq. Təşəkkür edirik. Bizə qoşulun və özünüzü inkişaf etdirin.

Məlumat və rezerv üçün:
Tel.: (+99412) 492 08 05
Mob.: (+99450) 247 06 10
Whatsapp: (+99451) 420 06 97
Web: www.ares.az
E-mail: aW5mbyB8IGFyZXMgISBheg==

Ünvan:
C. Cabbarlı küç. 40 / Caspian Business Center, 4-cü mərtəbə / Bakı, Azərbaycan



Also check out other Workshops in Baku.

Liked this event? Spread the word :

Map ARES Qualification, Baku, Azerbaijan
Loading venue map..
Event details from Report a problem

Are you going to this event?

Organizer

ARES Azerbaijan
Advertisement