ÜMUMİ MƏLUMAT:
ORKHANWAY Coaching komandası olaraq ölkə universitetlərində psixologiya ixtisasında təhsil alan və bu sahədə mütəxəssis olmaq istəyən tələbələrin peşəkar inkişafı proqramını həyata keçirəcəyik.
Proqramın həyata keçirilməsində əsas məqsəd psixologiyaya olan marağı daha da artırmaq və mütəxəssislər yetişdirməkdir.
FƏALİYYƏT PROQRAMI:
2019-cu ilin mart-aprel aylarını əhatə edəcək bu proqramda ilkin olaraq 100 (tələbə psixoloq) seçilərək 4-mərhələ üzrə inkişaf(təkmilləşmə) prosesini keçəcəklər:
1.İxtisas üzrə praktik təlimlər (yerli və xarici təlimçilər olacaq)
2.Psixoloji mərkəzlərdə təcrübələr.
3.Psixoloqun özü təbliğat (marketinq) bacarıqları.
4.Real pasiyentlərlə çalışmalar.
Qeyd olunan mərhələlər 60 gün (2 ay) ərzində davam edəcək.
QEYD:Proqramda iştirak tamamilə "ÖDƏNİŞSİZ" olacaq.
PROQRAMA SEÇİLMƏK ÜÇÜN QAYDALAR:
1.Aşağıda qeyd olunan sorğuda iştirak etməlisiniz.
2.1 və 4 cü kursda oxuyan tələbə,magistr olmalısınız
3.Seçimlər online və müsahibə yolu ilə olacaq (tarixi haqqında məlumat veriləcək)
QEYD EDİLƏN SORĞU NƏYƏ LAZIMDIR?
Sorğunu keçirməkdə əsas məqsəd tələbə psixoloq üçün prioritet olan məsələləri öyrənməkdir.
Proqramı həyata keçirmədən öncə tələbənin ehtiyacını öyrənmək və ona uyğun proqram tərtib etmək zəruridir.
Sorğuda iştirak etməklə avtomatik qeydiyyat etmiş də olursunuz.Bundan sonra proqramla bağlı məlumatlar mail ünvaını göndəriləcəkdir.
SORĞUDA İŞTİRAK VƏ QEYDİYYAT ÜÇÜN LİNKƏ TIKLAYIN:
https://goo.gl/ruJE19