Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Sosial Könüllülük Məktəbi: Qış sessiyası

Advertisement

Sosial Könüllülük Məktəbi: Qış sessiyası


Ey gənc, könüllülük sənin üçün nədir? Bu sözü eşidəndə ağlına ilk nə gəlir?


Könüllülük cəmiyyəti müsbət istiqamətdə dəyişdirməyə, irəli aparmağa söykənən bir fəaliyyətdir. Könüllülük toplumda insanlar arasındakı sosial əlaqələrin təkmilləşməsinə, dəyərlərin meydana gəlməsinə imkan yaradan fəaliyyətdir.

Sən də cəmiyyətdə öz yerini tutmaq, insanlara fayda vermək və bununla yanaşı həm də özünü inkişaf etdirmək istəyirsənsə - deməli bu layihə sənin üçündür!


Layihə çərçivəsində şəxsi inkişaf, liderlik, sosial könüllülük, sosial sferada karyera, həssas qruplarla iş və s. mövzular üzrə təlimlər keçiriləcək. Bundan əlavə, beynəlxalq layihələrdə könüllülük imkanları barədə də geniş məlumat veriləcəkdir.

Təlimlər qeyri-formal təhsil metodları ilə həyata keçiriləcəkdir.

Layihəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspertləri və xarici təlimçilər də dəvət olunacaqlar. Qış məktəbi çərçivəsində xarici ölkələrin sosial könüllülük təcrübələrinə də yer ayrılacaqdır.

Həmçinin iştirakçılara sosial xidmət sahəsində karyera qurmaqla bağlı məsləhətlər veriləcək.

Bu layihədə iştirak edərək gənclər gündən-günə inkişaf edən könüllü hərəkatının bir parçası olmaq, gələcəkdə uğur qazanmaq üçün lazımlı bacarıqlar qazanacaqlar.

İştirakçılara layihədə iştiraklarını təsdiq edən rəsmi möhürlü sertifikatlar təqdim olunacaq.


Lakin bir pis xəbərimiz var - layihədə iştirakçı sayı məhduddur :(
Buna görə də qeydiyyatdan keçən iştirakçılar arasında ən yüksək motivasiyaya sahib olanlar seçiləcəklər. Qeydiyyatdan keçməyə tələs, bəlkə ilk seçilən elə sən oldun ;)


Layihə 4 gün davam edəcək:
12 fevral, 11:00 - 16:00
13 fevral 11:00 - 16:00
14 fevral, 11:00 - 16:00
15 fevral, 11:00 - 16:00


Layihə çərçivəsində bütün günlərdə iştirak vacibdir.


Təlim günlərində Nahar və 2 dəfə çay fasiləsi iştirakçılar üçün ödənişsiz təmin olunacaqdır.


İştirak üçün qeydiyyatdan keçmək vacibdir. Qeydiyyat linki:
https://goo.gl/forms/c3yufXJwkTAKcOIw1

Son qeydiyyat tarixi: 08.02.2019

Əlavə suallarınız yaranarsa, bizimlə b2ZmaWNlIHwgYXlhZmUgISBheg== maili vasitəsilə və ya Facebook və Instagram profilimizlə əlaqə saxlaya bilərsiniz. :)


QEYD: Layihə AYAFE-nin təşkilatçılığı, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin media tərəfdaşı Edumap.az təhsil portalıdır.



Map AYAFE Azerbaijan, Əhməd Rəcəbli 33A, AZ 1000 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

AYAFE Azerbaijan
Advertisement