Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Siqareti tərgitməyin rahat yolu - Easyway seminarı

Advertisement

Siqareti tərgitməyin rahat yolu - Easyway seminarı


EASYWAY SİQARET TƏRGİTMƏ SİSTEMİNİN ƏSAS MƏQSƏDİ

Easyway siqaret tərgitmə sisteminin əsas məqsədi siqareti rahat yolla, əzab çəkmədən, kökəlmədən və başqa nikotinli vasitələrdən istifadə etmədən rahat şəkildə tərgitməyə kömək etməkdir.

Easyway proqramı bugünədək dünyannın 51 ölkəsində 30 milyona yaxın insanı siqaret tələsindən qurtarmağa kömək olub.

Dünya üzrə uğur faizi 70%-in üzərində olan bu proqramın qarantiyası 100%-dir. Hansı ki, siqareti tərgitmədiyiniz halda bütün pulunuz tam olaraq geri ödənilir.

HƏMÇİNİN BU PROQRAMDA SİQARETİN ZİYANLARINDAN QƏTİYYƏN DANIŞILMIR, 2 SAATLIQ PROQRAM ƏRZİNDƏ SİZLƏR:

1. Siqaretlə bağlı inandığınız yalnış inanclarınızı aradan qaldırır
2. Siqaretin yaratdığı psixoloji və fizioloji asılılığı aradan qaldırır.
3. İllərdir özünüz belə bilmədən yaratdığınız bəhanələrə son qoyur
4. Niyə siqaret çəkdiyinizi və niyə ata bilmədiyinizi, siqaretin bilmədiyiniz tələsini anlayır
5. Özəl sandığınız siqaretlərin niyə özəl göründüyünü, əslində isə heç də özəl olmadığını dərk edir
6. Siqaret labirintindən rahatlıqla çıxmağın yolunu kəşf edirsiz
7. Ömür boyu siqaretsiz, rahat və azad yaşamağın necə olacağını anlayır və yerindəcə sonuncu siqareti çəkib bu asılılığa birdəfəlik vida deyirsiniz.

SEMİNAR KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?

* Gün ərzində neçə paket siqaret çəkməsindən, dəfələrlə cəhd etsə bələ alınmayan, məndə alınmaz deyib sonda xəyal qırıqlığı yaşayan və içində siqareti tərgitmə istəyi olan hər kəs.

SEMİNARIN KEÇİRİLMƏ QAYDASI VƏ SEMİNARDA İŞTİRAKIN QİYMƏTİ

Seminar 2 hissədən ibarətdir və cəmi 2 saat davam edir və seminar müddətində siqaret çəkmək tam sərbəstdir. İlk 1 saat tamamən ÖDƏNİŞSİZDİR və siz ilk 1 saatın sonunda bu metodun niyə dünyanın ən güclü və ən rahat siqaret tərgitmə metodu olduğunu, həmçinin sizə necə kömək olacağını anlayacaqsız. 2-ci saatın ödənişi isə cəmi 1 aylıq siqaretə verdiyiniz məbləğə bərabərdir - 120 AZN.

Biz sistemimizdən o qədər arxayınıq ki, hətta geri ödəmə qarantiyası belə təqdim edirik.

Siqareti tərgitmədiyiniz halda ödədiyiniz bütün məbləğ tam olaraq sizə geri qaytarılır.

İtirdiyiniz nə var bir düşünün. Heç nə. Siz sadəcə cəhd edin gerisini biz gətirəcəyik.

Seminarın dili: Türk

TƏLİMÇİ HAQQINDA

Fərid Hacıağabəyli Easyway siqaret tərgitmə sistemi üzrə sertifikatlaşdırlmış təlimçidir və Türkiyədə bu sahədə təhsil almışdır.

Çalışdığı müddətdə onun fərdi və qrup konsultasiyalarında onlarla insan siqareti rahatlıqla tərgidə bilib.

Hal-hazırda o, Təlimçi kimi öz fəaliyyətini davam etdirir və Azərbaycanın böyük şirkətlərindən birində rəhbər vəzifədə çalışır.

SEMİNARIN VAXTI VƏ MƏKANI

"Easyway siqaret tərgitmə sistemi" əsasında seminar 3 fevral 2019-ci il tarixində saat 10.00dan 12.00-dək keçiriləcək.

ÜNVAN

The Office Coworking Mərkəzi, 217 Bəşir Səfəroğlu Küçəsi, Bakı, Azərbaycan



Liked this event? Spread the word :

Map TheOffice, Bəşir Səfəroğlu 215, AZ1014 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Afandi Consultancy
Advertisement