Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement

Sehrli Novruz

Advertisement

Sehrli Novruz


Biletlər artıq satışda!
“Sehrli Novruz”

Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqram ilə sevindirəcək. Martın 22-də milli bayramımız Novruz münasibətilə Sarayın səhnəsində möhtəşəm bayram konserti keçiriləcək. Hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və Keçəl şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, Novruz çərşənbələri və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar keçirdəcəklər.
Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, musiqili qonaqların çıxışını və illuziya şousunu izləyə biləcəklər.
Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 6-25 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn, ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31



You may also like the following events from Heydər Əliyev Sarayı:

Tags
art
Map Heydər Əliyev Sarayı, Bülbül prospekti, 35, 1014 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Heydər Əliyev Sarayı
Advertisement

More Events in Baku

Explore More Events in Baku