Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Süleyman Ələsgərov - 95

Advertisement

Süleyman Ələsgərov - 95


Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi bədii gecə keçiriləcək.
Gecədə Xalq artistləri Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Aygün Bayramova, İlham Namiq Kamal, Ənvər Sadıqov (qarmon), Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Şəhriyar İmanov (tar), Təyyar Bayramov, Tahir İmanov, Şirzad Fətəliyev (balaban), Ehtiram Hüseynov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Babək Niftəliyev və tanınmış müğənnilər Samir Piriyev, Mirələm Mirələmov, Səbinə Ərəbli, Sərxan Bünyatzadə, Kamilə Nəbiyeva, Ariz Hüseynov, Taleh Yəhyayev və başqaları iştirak edəcəklər. Əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib. Azərbaycan Televiziyası Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən konsertdə unudulmaz sənətkarımızın bəstələdiyi əsərlər səsləndiriləcək. Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Göy-göl”, “Bilsəm sən gəlirsən”, “Neylərəm”, “Qarabağ”, “Bilsəm sən gəlirsən” və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.
Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-50 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından,www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.
Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30







You may also like the following events from Heydər Əliyev Sarayı:

Map Heydər Əliyev SarayıBülbül prospekti, 35, 1014 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Heydər Əliyev Sarayı
Advertisement