Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Rəqəmsal Marketinq təlimi

Advertisement

Rəqəmsal Marketinq təlimi


TƏLİMDƏ NƏYİ ÖYRƏNƏCƏKSİNİZ?

Bu təlim müasir rəqəmsal marketinqin, rəqəmsal displeylər (desktop, notbuk, planşet, smartfon) üçün reklam formatlarının və axtarış sistemlərində marketinqin müxtəlif aspektlərini əhatə edir. Mövzulara rəqəmsal marketinq strategiyasını qurmaq və onu hədəf qrupunuza uyğunlaşdırmaq daxildir. Siz marka populyarlığını artırmaq, müştəriləri cəlb etmək və gəliri artırmaq üçün rəqəmsal marketinq vasitələrini necə istifadə edəcəyiniz haqqında məlumatı öyrənəcəksəniz.

Vaxt və məkan: "Rəqəmsal Marketinq" təlimi bazar günü, 20 yanvar 2019-cu il tarixində 10.00dan 17.00-dək keçiriləcək. Ünvan: TheOffice iş mərkəzi, 217 Bəşir Səfəroğlu Küçəsi, Bakı, Nizami kinoteatrının yanında.

TƏLİMDƏ NƏYİ ÖYRƏNƏCƏKSİNİZ:

Modul 1: Rəqəmsal marketinqin əsasları

Bu modul, rəqəmsal marketinq əsasları ilə tanış olmağa həsr olunub. Bunlara əsas anlayışlar, prinsiplər və istifadə olunan vasitələr / kanallar daxildir. Siz, həmçinin, terminologiya, ən tipik problemlər və rəqəmsal kampaniyanın prosesi haqqında məlumat əldə edəcəksiniz.

Əsas anlayışlar
Rəqəmsal marketinq alətləri və kanalları
Rəqəmsal display reklamı və proqramlaşdırılmış reklam
Rəqəmsal marketinq kampaniyasının yaradılması
Modul 2: Açarsözlərin axtarışı və strategiya

Bu modul açarsöz axtarışının ən vacib anlayışlarını və praktiki sualları əhatə edir. Hədəf qrupuna gəldikdə, açarsözlərin axtarışı ən vacib anlayışdır. Doğru hədəf qrupu ilə əlaqə yaratmaq və kampaniyanın maksimal effektiv olması üçün açarsözlərdən necə istifadə edəcəyinizi öyrənəcəksiniz.

Rəqəmsal display seminarı
Açarsözlərin axtarışı
Açarsöz alətləri və tətbiqləri
Açarsözlər üzrə praktiki seminar
Modul 3: Axtarış sisteminin optimizasiyası

Bu modul axtarış sisteminin optimizasiyası (SEO) sənətini və elmini əhatə edir. Mövzulara alətlər, məzmunun yaradılması, on-page and off-page optimizasiya metodları və nəticələrin təhlili daxildir.

Axtarış sisteminin optimizasiyasının (SEO) əsasları
Vacib və tanınmış axtarış sisteminin optimizasiyası (SEO) metodları
Axtarış sisteminin optimizasiyasının (SEO) nəticələri və təhlil
Keyslər və seminar
Modul 4: Pay Per Click (PPC) və mobil marketinqi

Bu modul, mükəmməl PPC kampaniyası qurmaq üçün lazım olanları, display şəbəkələrinin seçilməsi və nəticələrin izləməsini və mobil cihazlar üçün optimizasiyanı əhatə edir.

Pay per click reklamı
Reklamın yaradılması və kampaniyanın idarə olunması
Pay per click seminarı
Mobil marketinqi
Modul 5: Rəqəmsal Marketinq strategiyası və təhlil

Bu modulda veb səhifə təhlili və strateji planlama daxil olmaqla rəqəmsal marketinq strategiyaları haqqında bəhs ediləcək.

Veb səhifə təhlili
Təhlil seminarı
Rəqəmsal marketinq strategiyaları və planlama
Rəqəmsal marketinq üzrə keyslər
TƏLİM KİMLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULUB?

* Sahibkarlar
* İdarəçilər
* Marketinq üzrə direktor və menecerlər
* Marketinq mütəxəssisləri.

Təlimçi haqqında

İlham Əfəndiyev Motivasiya, Marketinq və Satış üzrə peşəkar mütəxəssisdir.
Son 20 ilə yaxın müddətdə o, Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya və istehsal şirkətlərində çalışıb.
Azərbaycanın ən böyük şirkətlərin Satış, Marketinq və Müştəri Xidmətləri komandaları üçün 1000 saata yaxın təlim keçirib.
Çalışdığı müddətdə 10 mln dollarlıq 100-dən artıq böyük və orta həcmli korporativ satış həyata keçirib.
İlham Əfəndiyev Azərbaycan, Rusiya və Hollandiyanın aparıcı təhsil ocaqlarında təhsil almışdır.
Hal-hazırda o, Təlimçi, Biznes Konsultant və Sahibkar kimi öz fəaliyyətini davam etdirir.
Təlimin cədvəli

10:00-10:15 İştirakçıların qeydiyyatı
10:15-11:45 Təlim
11:45-12:00 Kofe-breyk
12:00-13:00 Təlim
13:00-14:00 Nahar
14:00-15:30 Təlim
15:30-15:45 Kofe-breyk
15:45-16:45 Təlim
16:45-17:00 Sertifikatların təqdim etmə mərasimi

TƏLİMDƏ İŞTİRAK ÜÇÜN ŞƏRTLƏR

Təlimdə iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz:

İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər təlimdə iştirak edə biləcəklər.
Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz.
Təlimdə iştirak haqqı: 80 AZN

Qeyd: Nahar təlimin qiymətinə daxildir.

Təlimin dili: Azərbaycan



Liked this event? Spread the word :

Map TheOffice, Bəşir Səfəroğlu 215, AZ1014 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Afandi Consultancy
Advertisement