Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Qrız Kəndindəki Donmuş Gurgur Şəlaləsinə Yürüş (Hiking)

Advertisement

Qrız Kəndindəki Donmuş Gurgur Şəlaləsinə Yürüş (Hiking)


- MƏLUMAT:
Qrız kəndində yaşayan qrızlılar və onların danışdığı Qrız dili qədim albanlardan yadigardır. Qrız dili Nax-Dağıstan dil ailəsinin Şahdağ yarımqrupuna aid olub qədim Albaniyada danışılan və günümüzə qədər gəlib çıxan ən zəngin dillərdən biridir. Xüsusilə bu dildəki üfüqi və horizontal istiqamətlərin xüsusi adlarının olması və s. bu zənginliyə sübutdur. Onu da qeyd etmək lazımdır ki, Kür çayı qrızlılar üçün bir müqqəddəslik ifadə edir. "Kür" sözünün qrız dilindəki mənası "Böyük çay" anlamına gəlir.
"Qrız sözünün mənası bir neçə cür yozulur. Amma bu yozumlardan ən güclüsü belədir: "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir, "rıts" isə hamar, cila mənasını verir. Məsələn cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Məhz Qrız kəndi dağın üstündə, hündür və açıq (hamar) yerdə dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşdiyi üçün belə adlanır" (Wikipedia).
Kəndin yerləşdiyi ərazi strateji əhəmiyyət daşıyır. Belə ki, kəndin üç tərəfi qayalıq olduğu üçün buraya təbii qala da deyirlər. Quba xanı olmuş Fətəli xanın oğlu Şeyxəli xan Qubalı 1806-cı ildə Quba xanlığını işğal etmiş Çar Rusiyasına qarşı mübarizədə Qrızı özünə qərargah seçmişdir. Bundan başqa 1918-ci ildə Qafqaz İslam Ordusunun bir bölümü dağlardan aşaraq Qrızdan keçmiş, şəhid olan bir əsgərini də kəndin yaxınlığında dəfn etmişlər...
Qrız həm də tarixi İran ərazisindən Azərbaycan ərazisinə köçmüş yəhudilərə də ev sahibliyi etmiş ilk kənddir, sonradan Fətəli xanın icazəsi ilə yəhudilər indi yaşadıqları Qırmızı Qəsəbə ərazisinə köçmüşlər.
Azərbaycanda tikilmiş ilk məscidlərindən biri olan Əbu Müslim məscidinin (VIII əsr) qalıqları indi də Qrız kəndində qalır...
Hazırda Xınalıq yolundan Qrız kəndinin yoluna keçərkən Qudyalçayın üzərində tikilmiş körpü Azərbaycanın ən yüksək maşın körpüsü sayılır...

____________________________________________________

YÜRÜŞÜN PROQRAMI:

07:40- a kimi Gənclik metrosunun “Caspian” və ya köhnə Gənclik mehmanxanası tərəfə çıxışında toplanış
07:45 – 10:00 – Bakı – Quba
10:10 – Dağ maşınları (UAZ,Niva) Qrız kəndinə yola düşürük
11:40 – Qrız kəndinə çatırıq
11:50 – Donmuş şəlaləyə yürüş (dağın döşündə olan cığırlarla yola piyada davam edəcəyik)
13:20 – Donmuş şəlaləyə çatırıq
13:20 - 14:30 Sərbəst vaxt
14:35 – Kəndə qayıdırıq
15:45 – Kəndə çatırıq. Kənd evində yemək və çay fasiləsi
17:00 – Maşınlarla Qubaya qayıdırıq
18:30 - Qubadan Bakıya yola düşürük
20:30 – Bakıya çatırıq

Qeyd: yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec də ola bilər
_____________________________________________________
YÜRÜŞ BARƏDƏ MƏLUMAT:

- Məsafə: təxminən 4 km
- Çətinlik dərəcəsi: asan/yürüş vərdişi olmayanlar üçün orta
___________________________________________________
LƏVAZİMATLAR:

- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, əlcək və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

___________________________________________________
QİDALANMA:

* Özünüzlə yüngülvari yemək (nahar) və su ehtiyatı götürün. Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz,müxtəlif konservalar (termosla qaynar su götürməniz arzuolunandır. )
*Şam yeməyi kənd evində ocaqda bişirilmiş yemək olacaq
*Yeməkdən əvvəl və sonra çay süfrəsi olacaq
___________________________________________________
YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 43 AZN (Tələbələr 39 AZN)
___________________________________________________
NƏQLİYYAT:

- “Mersedes Sprinter” 18 yer
- Yolsuzluq maşınları Niva, UAZ
___________________________________________________
QEYDİYYAT və ƏLAQƏ :

Ad və soyad, əlaqə nömrənizi qeyd edin.
Masud Aga +99455 2779659 (Whatsapp aktivdir)
Toğrul N Cəfərov +994505909535 (Whatsapp aktivdir)
Qeyd: Dağlıq ərazi və orta çətinlikli yürüş olduğu üçün iştirakçı sayı məhduddur.



You may also like the following events from 5Mövsüm:

Liked this event? Spread the word :

Map 5Mövsüm, Z. Aliyeva 59/26, 1010 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement