X
Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement

ORTAQ MÖVQE AXTARIŞINDA / IN SEARCH OF A COMMON GROUND

Advertisement


Event Details

ORTAQ MÖVQE AXTARIŞINDA / IN SEARCH OF A COMMON GROUND


ORTAQ MÖVQE AXTARIŞINDAon bir makedoniya rәssaminin sәrgisi
Əziz dostlar!!! Sərgi 26 sınnan açılacaq. Lakin, biz sizi oktyabrın 27-də rəsmi açılışı na dəvət edirik. Narahatçılığa görə üzr istəyirik. Müasir İncəsənət Mərkəzi.
Dear friends!!! The exhibition is going to be opened on the 26th. However, we invite you for the official opening on October 27th. We apologize for the inconvenience.
Дорогие друзья!!! Выставка будет быть открыта c 26го. Тем не менее, мы приглашаем Вас на официальное открытие 27-го октября. Приносим свои извинения за доставленные неудобства.
JANEŞLİEVA SLAVİCA / KİROVSKA MAJA / NANEVSKİ QOCE / ONÇEVSKA RADMİLA
OPA (Slobodanka Stevçevska, Denis Saraginovski) / PRLYA NADA / SEKOVSKİ İGOR
ŞEMOV BORİS / SPASOSKİ ALEKSANDAR / TOŞEVSKİ İGOR / JERNOVSKİ VELİMİR

‘Ortaq mövqe axtarışında’ sərgisi Makedoniya incəsənət səhnəsinin mümkün mədəni mövqelərini və mövqe dəyişikliklərini sual altına qoyur. Bir siyasi sistemdən digərinə aramsız keçidin heç vaxt sonu görünmür və kiçik və gənc bir ölkənin mürəkkəbliyi istər-istəməz milliyyətçilik, kimlik, tarix, mədəni məhsullar, davamlılıq, incəsənət siyasəti, sosial məlumatlılıq, insan haqları və s. kimi məsələləri qaldırır. Sərginin məqsədi müasir həyatın ortaya qoyduğu dəyişiklikləri və böyük Avropa arzusunun bir hissəsinə çevrilmək zərurətini anlamaqdır. Makedoniya Respublikasındakı ictimai-siyasi vəziyyət onun 1991-ci ildə müstəqillik əldə etməsindən sonra sürətlə dəyişib. Kütləvi qloballaşma baş verdi və keçid milli kimliyin qavranışına və daha geniş şəkildə qəbul edilməsinə, həmçinin mövcudluğuna və sağ qalmasına təsir göstərdi. Qonşuluğumuzda müharibə münaqişələri, daxili hərbi qarşıdurmalar və yoxsulluq hökm sürürdü. Bunda sonra milli qurumlar, dinlər və sülh razılaşmaları üzrə sərt bölgülərlə multikulturalizm yarandı. Makedoniya süni demokratiya qanadları altında gizlənmiş korrupsiya, qeyri-qanuni ticarət, mafiya və siyasi təkhakimiyyətlilik üçün münbit bir məkana çevrildi. Mətbuat susdurulub (müstəqil və obyektiv jurnalistika yoxdur), kvazi-milli hisslər alovlanıb və bütün sosial strukturlarda manipulyasiya mövcuddur.
Bu şəraitdə mədəniyyət toxunulmaz qala bilməzdi. Ümumi keçid süni incəsənət dəyər və standartlarını qidalandırmaqla, cəmiyyətimizin tarix və mədəniyyətinin yeni tarixini yaratmaqla, açıq tənqidi incəsənət layihələrini senzura etməklə, ortabablığı meyar etməklə və keçid dövründə olan və müəyyən edilməmiş sistem üçün səciyyəvi olan bir çox digər kiçik və böyük nataraz vəziyyətlər yaratmaqla mədəniyyətə nüfuz etmişdir.
Makedoniya rəssamı bu vəziyyətləri həll etmək üçün hansı yanaşmanı seçir? Təklif edilən sərgi seçilmiş rəssamların müxtəlif fərdi yanaşmaları vasitəsilə bu məsələlərə vizual baxış verməyə və onların həllini tapmağa çalışır. Onlardan bəziləri çox fəaldır, bəziləri sadəcə şərhlər etməklə məşğuldur, digərləri isə yalnız iştirak edirlər, lakin hamısı rəssamları ictimai cəhətdən aktiv fərdlər kimi müəyyən edən yanaşmaya malikdirlər. Rəssamlar sosial-siyasi həyatın onları qəzəbləndirən və incəsənət baxımından ilhamlandıran müxtəlif aspektlərini idarə edirlər. Boris Semovun Re-identifikasiya videosu fərdiliyi deformasiya edən və şəxsi ideal və məqsədləri öldürən sosial-siyasi orqanizmlərin sistematik mexanizmlərinin kinayəli tənqidini nümayiş etdirir. Igor Sekovskinin Sənin itin olmaq istəyirəm əsərində heç bir heysiyyət hissi olmayan və öz kimliyini itirərək sadiq və müti qulluqçuya çevrilən müasir kişini təsvir edir. OPA incəsənət qrupunun Əbədi bədən video incəsənət əsərində lallıq, təkfikirlilik və kvazi ideologiyalara kor inam aspekti vurğulanır. Qoce Nanevskinin Burada ilanların olmaması ayıbdır əsəri ənənə, özünü identifikasiya, cinsi qarşılıqlı asılılıq, sahibkarlıq və nəyinsə bir hissəsi olmanın müxtəlif aspektlərinə toxunan leksik tapmacalarla məşğuldur. Öz koqnitiv və metakoqnitiv sintaktik döymələri ilə o, şəxsi anlaşmaları, intellektual və praktiki bacarıqları, siyasi və milli problemləri, folklor dəyərlərini və s. qarşlıqlı təcəssüm etdirir. Tapmacanın həlli fərdiləşdirildiyindən, seyrçi Nanevskinin işində iştirakçı hesab edilir. Slaviça Yanaslievanın Kölgələr divar freskası davranış və münasibət kimi sükutla müşayiət edilən kölgələrimizdən həm məcazi, həm də həqiqi anlamda söhbət açır. Nada Prlyanın Yadlar qurğusu üzərində şüarlar çəkilmiş maykalardan ibarətdir. Şüarlar rəssamların mətbuatda mühacir işçilər haqqında tapdığı alçaldıcı sözlər toplusudur. Bunlar mətbuatda gündəlik işlənən söz və şüarlar olub ölkələrin yerli əhalisinə mənsub olmayan mülki mühacir şəxsləri və qrupları (qəsdən və ya instinktiv olaraq) sarsıtmaq və digər şəkildə alçaltmaq məqsədinə xidmət edən söz və şüarlardır. Aleksandar Spasoskinin Mən Makedoniyadanam videosuna Makedoniya adlı Cənub-Şərqi Avropa dövlətini öz konstitusiya adını dəyişməyə təhrik edən, makro-şablon siyasi ölçüyə çevrilən mikro problemi cılızlaşdıran sosial-siyasi konnotasiya daxildir. Müəllif video vasitəsilə öz mənşəyinə görə cəzalandırılmanın istehzalı nümayişini səhnələşdirir. Əsər dözümsüzlüyün ifadəsidir, lakin həm də ksenofobiya əleyhinə olub şovinizmə qarşı şəxsi simvolik nümayişdir. Əyirmək Radmila Onçevskanın multimedia layihəsidir, burada o, keçid dövlətlərinin, xüsusilə də Makedoniyanın yeni tarixinin yaradılması ilə əlaqədar yeni ideologiya və onun yeni kapitalizm və kodlaşdırma ilə əlaqəsi anlamında köhnə ilə yeninin aspektləri ilə vizual şəkildə oynayır. Maya Kirovskanın Qan Sudan Qalındır, Su Qırmızıdır, Qırmızı Rəngdir qurğusundakı aktiv yanaşma rəssamı əhatə edən dövri prosesləri nəzərə almaqla onun spontan düşüncələrini təcəssüm etdirir. O, təbii və süni, üzvi və qeyri-üzvi, bitki-heyvan-insan arasındakı münasibətlərini müşahidə edir... bəs sevgi haradadır? Velimir Zernovskinin Son xatirə əsəri multimedia, incə və səmimi hekayə tədqiqatı yolu ilə özünün başqası ilə mürəkkəb qarşılıqlı münasibətlərini nəzərdən keçirməyə davam edir. İqor Toşevskinin Ərazilər layihəsi 2004-cü ildə başlanıb hələ də davam edən (davamlı) bir işdir. Əsər Azad Ərazi Bəyanatı, həmçinin Ərazinin faktiki təsvirindən ibarətdir. Onun sərhədləri daxilində hər hansı fəaliyyət və ya obyekt incəsənət işi elan edilir. Ərazi müvəqqətidir və onun yaşanılmış tarixi sənədləşdirilib....
Ana Franqovska və Boyana YanevaŞemova
--------------------------------------------------------------
The exhibition ‘In Search of a Common Ground’ questions the possible cultural positions and repositions of the Macedonian art scene. The on-going transition from one political system to another never seems to end and the complexity of a small and young country inevitably raises the questions of nationalism, identity, history, cultural products, sustainability, art policy, social awareness, human rights, etc. The exhibition aims to discern the changes induced by the modern living and the necessity of becoming part of the big European dream. The socio-political conditions in the Republic of Macedonia have changed rapidly after its independence in 1991. Mass globalization occurred and the transition affected the perception of national identity and its wider acknowledgment, as well as its existence and survival. We had war conflicts in the neighborhood, refugees, internal military confrontations, poverty... Afterwards, multiculturalism followed with strict divisions on national entities, religions, peace agreements. Macedonia became fertile ground for corruption, illegal trade, mafia, and political autocracy hidden under the false wings of democracy. The media are silenced (there is no independent and objective journalism), quasi-national feelings are fueled and manipulation is enforced in all social structures.
In such conditions, the culture could not stay untouched. The general transition has infiltrated in the culture by nurturing false art values and standards, recreating new history of the history and culture of our society, censoring art projects that openly criticize, setting mediocrity as a criteria, and by many other small and large imbalanced situations typical for transitional and undefined system.
Which approach does the Macedonian artist choose to address these circumstances? The proposed exhibition is trying to give a visual outlook and to answer these issues through different individual approaches of the selected artists. Some of them are very engaged, some of them are just giving a comment, some of them are participatory, but all of them have an approach that defines the artists as socially included individuals. They address different aspects of the socio-political life that frustrates them and provokes them artistically. Boris Semov’s video Re-identification shows the cynical criticism of the systematic mechanisms of the socio-political organisms that deform the individualism and K*ll the personal ideals and goals. Igor Sekovski’s I wanna be your dog visually renders the modern man with no integrity who becomes loyal and obedient servant, losing his identity. The video art Eternal body by the art group OPA emphasizes the aspect of muteness, single-mindedness, and blind belief in quasi ideologies. Goce Nanevski’s It would be shame not to have snakes here deals with lexical puzzles touching upon various aspects of tradition, self-identification, gender interdependence, ownership, and being part of something. With his cognitive and metacognitive syntactic forgings, he inter-personalizes personal understandings, intellectual and practical skills, political and national problems, folklore values, etc. The solution of the puzzle is customized, so the recipient is thought a participant in Nanevski’s work. The wall mural The Shadows by Slavica Janaslieva speaks of our shadows both in metaphorical and literal sense, followed by silence, silence as behavior and attitude. The installation Aliens by Nada Prlja, consists of t-shirts with painted slogans on them. The slogans are a selection of derogatory words regarding migrant workers that the artists have found in the media. These are words and slogans used on a daily basis in the media and that serve (whether intentionally or subconsciously) to undermine and otherwise degrade individuals or groups of immigrants - civilians who do not belong to the countries’ native population. Aleksandar Spasoski’s video I am from Macedonia includes a socio-political connotation, trivializing the micro problem developing into macro banal political dimension instigating a state of Southeast Europe called Macedonia to change its constitutional name. The author through the video medium stages an ironic display of punishment because of his origin. The work is an expression of intolerance, but it also speaks against xenophobia and is a personal symbolic demonstration against chauvinism. Spin is a multimedia project by Radmila Onchevska in which she is visually playing with the aspects of the old and the new, in sense of the new ideology of creating new history of the transitional states – particularly Macedonia, and its relation with the new capitalism and coding. The engaged approach in the installation Blood Is Thicker Than Water, the Water Is Red, Red Is a Color by Maja Kirovska materializes her spontaneous thoughts while considering the cyclical processes of things that surround her. She observes the relationship between natural and artificial, organic - inorganic, plant - animal - man... and where is love? The work The last memory by Velimir Zernovski through multi-media, subtle and intimate narrative research continues to consider the complex mutual relations of self and other. Igor Toshevski’s project Territories is a work in progress (ongoing) that started in 2004. The work consists of the Declaration of Free Territory as well as the actual outlining of the Territory. Within its borders, any activity or object is declared a work of art. The Territory is temporary, and its lived history is documented...
Ana Frangovska and Bojana Janeva Shemova

Liked this event? Spread the word :

Map Müasir İncəsənət Mərkəzi, Baku, Azerbaijan
Loading venue map..
Questions or Comments? Post them here.
Event details from Report a problem
This event is listed in

Are you going to this event?

Yes

Organizer

Müasir İncəsənət Mərkəzi
  • 7 Followers
  • 1 Events
Who's going?
Login to see participants.
Advertisement
Create an Event