Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Open Science: Azərbaycan

Advertisement

Open Science: Azərbaycan


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” adlı layihənin icrasına başlamışdır.
Layihənin əsas məqsədi gənc tədqiqatçılara Open Science, Open Access, Open Research date, Open innovation, Open research computation, Citizen science, scientific social network haqqında bilik və informasiyalar vermək, Open Access jurnallarına çıxış imkanları, ORCİD, indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin hazırlanması metodologiyası haqqında onları məlumatlandırmaq, Open Science-in gənc alimlər arasında geniş yayılmasına nail olmaqdır.
Cari ilin fevral ayının 22-də saat 10.00-da Bakı Konqres Mərkəzində qeyd olunan layihənin açılışına həsr olunmuş konfrans təşkil ediləcək. Tədbirdə layihə barədə, məqsəd və vəzifələri, əhəmiyyəti haqqında məlumat veriləcək, qonaqların çıxışları, Avropa Gənc Alimlər Şurasının (EURODOC) prezidentinin video müraciəti səsləndiriləcək, EURODOC-un İdarə Heyətinin üzvünün çıxışı olacaq, eyni zamanda, layihənin eksperlərinin Open Science-la bağlı təqdimatları nümayiş etdiriləcək. Tədbirdə 300-dan çx gənc alim, doktorant və magistrin iştirakı nəzərdə tutulmuşdur.
Növbəti mərhələlərdə layihə pilot olaraq seçilmiş universitetlərdə həyata keçiriləcəkdir. Seminarlar vasitəsilə gənc tədqiqatçılara Avropa elmi məkanında və dünyanın elmtutumlu dövlətlərində geniş yayılmış Open Science, Open Access, Open Research date, Open innovation, Open research computation, Citizen science, scientific social network haqqında bilik və informasiyalar veriləcək, tətbiq olunan bu sistem və onun özəllikləri haqqında prezentasiyalar təqdim ediləcək. Eyni zamanda, indeksli Open Access jurnallarına çıxış imkanları, bu jurnallarda çap olunma qaydaları, ORCID (Open Researcher and Contributor ID), bu sistemin gənc tədqiqatçılar üçün xeyirli tərəfləri, bu sistemin imkanları, burada ödənşsiz qeydiyyat və bununla bağlı olan beynəlxalq APA stili haqqında iştirakçılar məlumatlandırılacaqlar. İştirakçılara Open Access Academy haqqında geniş məlumatlar veriləcək, bu qurumdan səmərəli istifadə etmək yolları öyrədiləcək.

Tədbirlərdə iştirak etmək istəyən gənc alim, doktorant və magistrlər qeydiyyatdan keçə bilərlər.



Map Baki Konqres MerkeziBaki,nerimanov rayonu,tebriz kucesi, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement