Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

MGK - İşıq For Woman 2019 (3-cü mövsüm)

Advertisement

MGK - İşıq For Woman 2019 (3-cü mövsüm)


Müasir Gənclər Klubunun təşkilatçılığı,Tarana Agamaliyeva Boutique`in təşkilati dəstəyi ilə reallaşması nəzərdə tutulan İŞIQ-For WOMAN layihəsinin 3-cü mərhələsinə növbəti 5 Ekspert`in iştirakı ilə 24 Fevral 2019-cu il tarixindən start veriləcək.
______________________________________________
#Layihə haqqında
Layihənin əsas kontingenti xanımlardır.Bu layihə sözün həqiqi mənasında xanımlarımızı sevindirəcək,çünki onlar bu layihə çərçivəsində özlərinə lazım olan hər şeyi əldə edəcəklər.İŞIQ-For WOMAN layihəsi bir xanımın özünü xoşbəxt hiss etməsi üçün prioritet sayılan məqamları onlara aşılayacaq.Layihənin davametmə müddəti 5 həftə nəzərədə tutulmuşdur.Layihə hər həftənin bazar günləri 90 dəqiqə olmaqla və hər növbəti layihə günü fərqli Ekspert`lər tərəfindən həmçinin fərqli mövzularla reallaşacaq.Təyin olunmuş Ekspertlərin hər biri öz sahəsi üzrə kifayət qədər peşəkar insanlardır.

1-ci Ekspert
#Hüquqşünas - Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür.Bütün bunlara baxmayaraq, ölkədə qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. “Məişət zorakılığı”, “Gender bərabərsizliyi”, “Qadınların ictimai-siyasi sferalarda az yer tutması” və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir.Problemlərin miqyası respublikada ərazilərə görə dəyişir. Şəhərlərə nisbətən rayon və kəndlərimizdə qadınların hüquqları daha çox pozulur.Layihənin 1-ci Ekspert qonağı 24 Fevral tarixində hüquqşünas Sevinc Rəhimova olacaq.

2-ci Ekspert
#UğurluKaryeranınSirləri- Hər bir qadın inkişaf edərək cəmiyyətdə layiqli yerini tutmalıdır.Bəzən biz xanımlar həyatımızı dəyişəcək qərarlar qəbul edirik və bəhrələndiyimiz mənbə, bunu gizlətsəkdə uğur əldə etmiş,toplumda statusunu təsdiqləmiş, lider ruhlu xanımlar olur.Layihənin 2-ci Ekspert qonağı 3 Mart tarixində İpək Rzayeva olacaq.

3-cü Ekspert
#GüclüQadınPsixologiyası- Həyatımızı və baş verən hadisələri düzgün istiqamətləndirmək üçün bizə sağlam beyin və sağlam psixologiya lazımdır.Dəvət olunmuş psixoloq tərəfindən psixoloji fikirlər və yardımlar sayəsində layihədəki hər bir xanım mənəvi rahatlıq əldə edəcəkdir.Layihənin 3-cü Ekspert qonağı 10 Mart tarixində peşəkar psixoloq Sona Məmmədova olacaq.

4-cü Ekspert
#Ginekoloq-Necə deyərlər sağlam bədəndə sağlam ruh olar.Yuxarıda sadaladıqlarımız sağlam orqanizm ilə vəhdət təşkil edir. Bir xanım üçün sağlam qadın olmaq hər şeydən daha vacibdir.Həyatımızın özəl günlərində bizə düzgün məsləhətlər verən ginekoloqa ehtiyac duyuruq.Layihənin 4-cü Ekspert qonağı 17 Mart tarixində Uzman Dr.Ginekoloq Cərrah Aynurə Abdullayeva olacaq.

5-ci Ekspert
#İncəZövqlər- Daxil olduğumuz hər bir ortamda xarici görünüşümüzlə diqqət çəkmək biz xanımların hər zamanki istəyidir.Hətta bir xanım üçün başqa bir xanımdan tərif eşitmək bir cənabdan tərif eşitməkdən daha vacibdir.İstər geyimi istər makiajı istərsə də zərif davranışı ilə seçilmək hər bir xanımın arzusudur. Layihənin 5-ci Ekspert qonağı 24 Mart tarixində Təranə Ağamalıyeva olacaq.

#İdealQadın- Son olaraq,hər bir xanım, ancaq, özünü tamamlanmış ailə portretində gördüyü zaman xoşbəxtliyi tam olaraq dada bilər.Çünki bəşər tarixinin yarandığı gündən, kainat xanımların öhdəliyinə ən ülvi vəzifə olan “Ana” olmaq vəzifəsini vermişdir.Bir xanım xoşbəxt bir ailəyə sahib olub, analıq duyğusunu daddığı zaman,dünyanın ən xoşbəxt canlısına çevrilir.Xanımını sevən, onun istək və arzularına hörmətlə yanaşan “Həyat yoldaşı” isə demək olar ki taleyin bəxşişidir.Məhz belə olan halda bir qadın həyatda uğur qazanaraq həm iş dünyasında, həm də öz ailəsində rahatlığa qovuşacaqdır.Yaratmaq istədiyimiz o qadın modeli yeri gəldiyində ciddi bir iş xanımı,gözəl ana və həyat yoldaşı,övladlarının anasıdır.

Qeydiyyat linki: https://goo.gl/nJCLkp

Sonda layihə iştirakçıları sertifikatla mükafatlandırılacaq.
_____________________________________________
Daha ətraflı məlumat üçün aşağıdakı vasitələrə müraciət edə bilərsiniz:
? +99451 663 63 50
? Həsən Əliyev küç.36

#mgkclubofficial #işıqforwoman2019



Map Müasir Gənclər Klubu (MGK)Həsən Əliyev küç 36 Baku, Azärbaycan, Az1010 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Müasir Gənclər Klubu (MGK)
Advertisement