X
Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement

Mən və seçkilər - Onlayn Esse Müsabiqəsi

Advertisement

Mən və seçkilər - Onlayn Esse Müsabiqəsi


Onlayn esse müsabiqəsi – ``Mən və Seçkilər``

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi 11 aprel 2018-ci il Prezident seçkilərində gənc seçicilər üçün “Mən və Seçkilər?” mövzusunda esse müsabiqəsi elan edir. Müsabiqənin məqsədi gənclərin seçkilər mövzusunda həssaslığının, məlumatlılığının və seçkilərdə iştriak vərdişlərinin artırılmasına, həmçinin onlar arasında seçki institutuna inamın güclənməsinə nail olmaqdır.

Müsabiqənin şərtləri:
- Müsabiqədə 18-25 yaş arası gənclər iştirak edə bilər.
- Esse Azərbaycan dilində yazılmalıdır.
- Esselərin həcmi 500-1500 söz aralığında olmalıdır.
- Müsabiqə elan olunduğu gündən əvvəl yazılmış və dərc edilmiş esse müsabiqəyə təqdim edilə bilməz.
- Essedə hər hansı siyasi partiyanın yaxud namizədin təşviqatına yol verilə bilməz.
- Essedə qeyri-etik ifadələrə və təhqirlərə yol verilə bilməz, alçaldıcı üslubdan istifadə edilə bilməz.

Məzmun üzrə tələblər:
Əsas mövzu - Seçkilər: nə üçün əhəmiyyətlidir?
Müsabiqə iştirakçıları öz esselərində mövzu üzrə öz şəxsi planlarını, düşüncələrini və araşdırmalarının nəticələrini bölüşə bilərlər. Təqdim olunan esselər aşağıdakı mövzu istiqamətlərindən bir və ya bir neçəsinə fokuslanmalıdırlar:
- Seçkilərin demokratik idarəetmədə yeri
- Seçki hüquqları və ondan istifadənin təşviq olunması
- Seçkilər sahəsində müsbət beynəlxalq təcrübələr


Qiymətləndirmə meyarları:
Esselər aşağıdakı meyarlar əsasında 100 bal üzərindən qiymətləndiriləcək:
- İdeyaya fokuslanma - 40 bal. Esselərin məzmunu müsabiqənin məqsədinə fokuslanmalı və qeyd olunmuş məsələni işıqlandırmalıdır.
- Dəstək, arqumentasiya - 30 bal. Fikirlər güclü arqumentlərlə dəstəklənməli və əsaslandırılmalıdır.
- Dilin düzgün istifadəsi, üslub - 10 bal. Azərbaycan dilinin elementlərindən düzgün istifadə edilməli, yaradıcı və uyğun üslub seçilməlidir.
- Format - 10 bal. Essenin hissələri arasında ardıcıllıq gözlənilməli, fikirlər bir-birini tamamlamalıdır.
- Qrammatik normalara riayət - 10 bal. Hərflərin və durğu işarələrinin normalarla uyğunluğu gözlənilməlidir.

Esselər 5 aprel 2018-ci il tarixə qədər “Gənc seçici” başlığı ilə aW5mb3NlY2tpIHwgZ21haWwgISBjb20= ünvana göndərilməlidir.

Qaliblər aşağıdakı qaydada mükafatlandırılacaq:
1-ci yer: 300 AZN
2-ci yer: 250 AZN
3-cü yer: 200 AZN

Əsas qaliblərdən əlavə müsabiqə tələblərinə cavab verən və ən yüksək bal toplamış daha 5 yazı həvəsləndirici mükafatlarla təltif ediləcək.

Müsabiqənin nəticələri 2018-ci ilin aprel ayında açıqlanacaq.



Also check out other Arts Events in Baku.

Liked this event? Spread the word :

Map Demokratiyanı Öyrənmə İctimai Birliyi, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küç. 78B/209, Baku, Azerbaijan
Loading venue map..
Event details from Report a problem

Are you going to this event?

Advertisement
Create an Event