Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Mühasibat Uçotu təlimi

Advertisement

Mühasibat Uçotu təlimi


VN Tədris Mərkəzi Sizi Beynəlxalq mühasibat uçotu standartları və vergi qanunvericiliyinə əsaslanan “Başlanğıc səviyyədən peşəkarlığa” praktiki mühasibatlıq kurslarında iştirak etməyə dəvət edir.

Kursun müddəti: 34 akademik saat (2 ay)

Təlim aşağıdakı mövzuları əhatə edir və bunlarla məhdudlaşdırılmır:

• Mühasibat uçotu haqqında ümumi biliklər. Mühasibat uçotunun əsas anlayışları. Mühasibat uçotu sənədləri haqqında məlumat. Praktikada daha çox istifadə olunan müxabirləşmələr (ikili yazılış). 1 C 7.7 mühasibat proqramı ilə tanışlıq;

• Torpaq, tikili, avadanlıqlar (əsas vəsaitlər), qeyri-maddi aktivlərlə bağlı əməliyyatların uçotu; Bəyannamə Tərtibi Proqramında (BTP-də) Əmlak vergisi bəyannaməsinin tərtib edilməsi;

• Ehtiyatlar, debitor və kreditor borclarla bağlı əməliyyatlar və onların uçotu;

• Kassa, bank və ƏDV sub-uçot hesabı ilə əlaqədar əməliyyatlar və onların uçotu;

• Əmək haqqının, təhtəlhesab şəxslərlə hesablaşmaların, vergilərin, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə hesablaşmaların uçotu. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə hesabatların tərtib edilməsi. 4№li (İşçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında) statistika hesabatının tərtib edilməsi;

• Mövzularla əlaqədar əməliyyatların 1 C 7.7 mühasibat proqramına daxil edilməsi və daxil edilmiş məlumatların hesabat məumatları hazırlanarkən istifadə olunması;

• Maliyyə hesabatlarının hazırlanması. Bəyannamə Tərtibi Proqramında (BTP-də) ƏDV, Mənfəət, Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin praktiki nümunələr əsasında tərtib edilməsi

Kimlər üçün faydalıdır:

• Mühasib kimi yeni fəaliyyətə başlayan şəxslər.

• Gələcəkdə mühasib kimi fəaliyyət göstərmək istəyən şəxslər.

• Maliyyə və mühasibat ixtisası üzrə təhsil alan tələbələr.

• Müvafiq sahədə praktiki biliklərə malik olmaq istəyən şəxslər.

• Təlimdən sonra iştirakçılar əldə edəcəklər:

Təlimin sonunda iştirakçılar mövzular üzrə həm nəzəri, həm də praktiki biliklər əldə edəcək və müvafiq sahədə praktiki təcrübələrini daha da artıracaqlar.

Təlimin keçiriləcəyi günlər:

Həftə sonu: şənbə saat 10:00-13:00

Təlimin qiyməti: 345 AZN ( hissə-hissə ödəniş mümkündür)

Aşağıdakı şəxslərə 10% güzəşt nəzərdə tutulur:

• Əvvəlki təlimdə iştirak edib, uğur sertifikatı əldə edən şəxslər.

• İki və daha artıq qrup şəklində qatılan şəxslər.

• Ödənişi öncədən tam olaraq ödəyən şəxslər.



Map Vergilər Nazirliyinin Tədris Mərkəzi, Ağa Nemətulla 44, Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Vergilər Nazirliyinin Tədris Mərkəzi
Advertisement