Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Koqnitiv Terapiya-nəzəriyyə +praktika

Advertisement

Koqnitiv Terapiya-nəzəriyyə +praktika


KOQNİTİV TERAPİYA (Nəzəriyyə +praktika)

Koqnitiv terapiya müasir dövrün sürətli və müsbət nəticə verən psixoterapiya istiqamətlərindən hesab olunur. Bu istiqamət insanın yanlış (adaptasiya olunmamış) düşüncələrinin dəyişdirilməsinə əsaslanır.

Qeydiyyatdan keçin: https://form.jotform.me/60183588803461

Koqnitiv istiqamətə görə insanda yaranan psixoloji problemlərin kökündə düzgün olmayan , yanlış, təhrif olunmuş düşüncələr yatır.

Müasir dövürdə geniş yayılan fobiya, panik atak, depressiya, həyəcan pozuntusu və s kimi problemlər zamanı koqnitiv terapiya ən yaxşı nəticə verənlərdəndir. Koqnitiv psixoterapiyanı bilməklə psixoloq və psixoterapevtlər müasir dövrün xəstəliklərindən olan panik atak, depressiya , fobiya , nevrozlar, anoreksiya və s. kimi problemləri rahat şəkildə həll edə bilər.

Təlimdən əldə edəcəksiniz:

*Koqnitiv psixoterapiyanın istifadəsi üçün nəzəri biliklərin öyrənilməsi.
*Koqnitiv terapiyanın baza biliklərinin öyrənilməsi : metod,diaqnostika və psixoterapiya.
*Koqnitiv psixoterapevt kimi ixtisaslaşmaq və inkişaf.
*Praktik olaraq texnikalar və metodlar əldə edəcəksiniz.


Təlimin proqramı:

Adaptasiya olunmamış fikirlər (avtomatik fikirlər)

Koqnitiv terapiyanın etapları.

-Koqnitiv təhrifetmə: (Həssaslıq; -Yüksək ümumiləşdirmə; -Personalizasiya; -Günahkar axtarma; -Perfeksionizm; -Dixotomik düşüncə; -Dəhşətləşdirmə; -Gərəkləşdirmə; -Psixolojilaşdırma; Gücün şişirdilməsi; -Subyektiv yanılma; -Eqosentrik yanılma;-Mistizim; -Doğru olduğuna inanmaq)

-Adaptasiya olunmayan fikirlərin tapılması.
-Depressiyanın koqnitiv modeli.
-Həyəcan pozuntusunun koqnitiv modeli.
-Maniya .
-Panik pozuntunun koqnitiv modeli.
-Paranoid vəziyyətin koqnitiv modeli.
-Obsessiv və kompulsiv pozuntuların koqnitiv modeli.
-Isteriyanın koqnitiv modeli
-Sinir anoreksiyasının koqnitiv modeli

PRAKTİKA

Texnika : ABC formulu.
Texnika : Fikrin emosiyaları yaratmasının subut edilməsi.
Texnika: İnanc və gözləntilərin müəyyən olunması.
Texnika : İnsanın effektivniyinin müəyyən olunması.
Texnika : Havalandırma metodu.
Texnika : Diqqətin müəyyən olunması.
Texnika : Yaddaşın seçiciliyi .
Texnika : Gizli biliklərin müəyyən olunması.
Texnika : Mərkəzi inanacın tapılması.
Texnika : Həyatı istiqamətin müəyyən olunması.
Texnika : Koqnitiv xəritə.
Texnik : Koqnitiv “daşqın” metodu.
Texnika : Obrazlı “daşqın” metodu.
Texnika : Verbal “daşqın” metodu.
Texnika : İyerarxiya metodu.
Texnika : Xoşagəlməz vəziyyətdən qaçış.
Texnika : Relaksasiya .
Texnika : Məntiqi analiz .
Texnika : Rasional emosional canlandırma.
Texnika : Keçmişin resintezi.

Təlimçi: LALƏ HƏMİDLİ

CIBS (Caspian International Business Services) təlim mərkəzinin psixoloq konsultantı və ailə məsləhətçisi, Təhsil Nazirliyi 1 saylı KQE psixoloq, psixologiya üzrə təlimçisi

2004-2008- ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Psixologiya ixtisası üzrə bakalavr dərəcəsi alıb.

2012-ci ildə Türkiyə Cümhuriyyəti Təhsil Nazirliyinin təşkil etdiyi "0-18 yaş Ailə Təlim Proqramı" nı bitirib. Hazırda bu proqram üzrə təlimçidir. Elə həmin ildə Türkiyə Cümhuriyyətinin təşkil etdiyi "Ailə danışmanlığı" və "Danışmanlıq" kurslarını bitirib.

Eyni zamanda, 2012-ci ildə Rusiyanın "Koqnitiv Terapiya Mərkəzi"nin təlimçiləri tərəfindən "koqnitiv və davranış terapiyası" üzrə master-klass keçmişdir.

2013-cü ildə İsraildən dəvət olunmuş Dr. Mark Zevinin rəhbərliyi altında "Psixoterapiya" üzrə kursu bitirmişdir.

2013-cü ildə ABŞ-ın "Çikaqo Universiteti"nin "Böhran yaşayan fərd və ailələrlə iş" üzrə kursunu tamamlamışdır.

2013-cü ildə Hacettepe Universiteti Sosial və Psixoloji iş bölümündən Dr. Filiz Demir və Dr. Kasım Karataşın rəhbərliyi ilə Ailə terapiyası kursunu bitirib.

Uzun müddət problemli yeniyetmə və ailələrlə işləyib. Bir çox layihələrin koordinatoru olmuş, Regional Psixologiya Mərkəzində, "SOS" Gənclər evində, Xəzər Ailə Təlim Mərkəzində psixoloq-konsultant vəzifəsində çalışmışdır.


*Təlim 1 ay nəzərdə tutulmuşdur.
ÖDƏNİŞ: 120 Azn
Başlanma tarixi: 19.01.2019
Başlanma saatı: 11:00 14:00

Qeydiyyatdan keçin: https://form.jotform.me/60183588803461
_________________________________________________
Ünvan: Caspian Plaza korpus 1, mərtəbə 5
Əlaqə vasitələri: (012) 505 47 46; (055) 374 80 63



You may also like the following events from CIBS:

Liked this event? Spread the word :

Map Caspian PlazaC.Cabbarlı küçəsi 44, AZ1065 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement