Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Konflikt psixologiyasi. Konfliktlərin həlli texnikaları

Advertisement

Konflikt psixologiyasi. Konfliktlərin həlli texnikaları


? PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi peşəkar təlimçi və psixoloq Dr. Hüseyn Xəlilovun təqdimatında "Konflikt psixologiyasi. Konfliktlərdə gərginliyin aradan qaldırılması texnikaları" adlı təlimini elan edir.

⏱ Proqram:
Təlimin tarixi: 27 yanvar saat 11:00
Təlimin müddəti: 4 saat + kofe-breyk

? Təlimçi haqqında: Dr.Hüseyn Xəlilov 2000 saata yaxın sosial-psixoloji, maarifləndirici və s. mövzular üzrə təlim və seminarlar vermiş peşəkar mütəxəssisdir. Həmçinin;
-Psixologiya üzrə Fəlsəfə Doktoru, Bakı Mühəndislik Universitetinin baş müəllimi
-Bir çox beynəlxalq və yerli konfransların, formların iştirakçısı və eksperti
-Təhsil Nazirliyinin rəsmi təlimçi-psixoloqu
-“Gələcəyini qur” gəncliyə dəstək layihəsinin psixoloq mütəxəssisi

? Təlimin planı:
27 yanvar 2019
11:00-11:15 Qeydiyyat
11:15-12:15 Təlim
12:15-13:00 Təlim
13:00-13:30 Fasilə (kofe-breyk və networking)
13:30-14:30 Təlim
14:30-15:30 Təlim
15:30-16:00 Sertifikat təqdim etmə mərasimi

✏ Online qeydiyyat linki: https://goo.gl/forms/JIvJGEl5ZM3o3lRl1

? Təlimin məqsədi: Təhsil müəssisələrində və iş mühitində psixoloji gərginliyin (stres, affekt, gərginlik, həyəcan və s. kimi halların) aradan qaldırılmasına nail olmaq və şəxsiyyətlər arası münasibətlərdə psixoloji əhval-ruhiyyəni pozitivə doğru yönəltmək;

Təhsil və iş prosesində idarəetmənin psixoloji cəhətindən öyrənilməsi, eləcə də konfliktli situasiyalar zamanı tərəflər arasındakı davranışları (işçi-rəhbər, direktor-valideyn, müəllim-valideyn, müştəri-təmsilçi və s.) düzgün şəkildə yönləndirə bilmək;

? Təlimdən əldə edəcəksiniz:
Hər bir dinləyici bu təlimdən sonra əldə etdikləri bilikləri iş mühitində asanlıqla tətbiq edə biləcək;
İş mühitinin daha səmərəli və məhsuldar olması üçün yaranmış psixoloji gərginliklərin aradan qaldırılması yolları öyrəniləcək;
Təhsil müəssisələrində və iş mühitində konfiliktli situasiyaların davamlı baş verməməsi üçün şəxsiyyətlər arası münasibətlərdə psixoloji gərginliyin tənzimlənməsi yolları, eləcə də konflikt nədir? nə zaman baş verir? səmərəli həll yolları? və s. kimi sualların köklü səbəbləri öyrəniləcək.
Təlim kimlər üçün nəzərdə tutulub: Psixoloqlar, məktəb psixoloqları ,müəllimlər, pedaqoqlar, idarəçilər, insan resursları mütəxəssisləri, idarəetmə və satış sahəsində çalışanlar, tələbələr.

? Sertifikat: Təlim proqramını bitirənlər sertifikatla təmin olunacaqlar.

☑ Təlimin qiyməti 30 azn
? Güzəştli təkliflərimiz:
☑ Korporativ iştirakçılar və partnyor müəssisələr üçün 25 azn
☑ Əvvəlki təlimlərimizdə iştirak edənlər üçün 25 azn
☑ Tələbələr üçün 20 azn
☑ Öncədən qeydiyyat tələb olunur.

Təlim üçün yerlər məhduddur. İştirak üçün öncədən qeydiyyatdan keçmək şərtdir. Qeydiyyat üçün zəng etməniz və ya qeydiyyat linkini doldurmağınız lazımdır.

?Təlimin keçiriləcəyi ünvan: Atlas Otel: Əhməd Rəcəbli küçəsi 2-17
Qeydiyyat və suallarla bağlı əlaqə nömrələrimiz.
☎ (012) 530 39 87
☎ (050) 562 88 46
✏ Online qeydiyyat linki: https://goo.gl/forms/JIvJGEl5ZM3o3lRl1

#pmakademiya #psixoloq #təlim #seminar #ailə #iş #HüseynXəlilov #Dr #seminar #sertifikat #təhsil



Liked this event? Spread the word :

Map PM AkademiyaNəsimi rayonu, Məmməd Cəfər Cəfərov 16/45, Baku-Baladshary, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement