Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Kitabla Terapiya - Sahibin Uşaqlığı (Jan Pol Sartr)

Advertisement

Kitabla Terapiya - Sahibin Uşaqlığı (Jan Pol Sartr)


Əziz kitabsevərlər 12-ci biblioterapiya J.P. Sartrın "Sahibin uşaqlığı" povesti əsasında təşkil olunacaq. Kitabsevər hər kəs dəvətlidir.
Qaydalar:
•İştirak etmək istəyən şəxslər əvvəlcə qeyd olunmuş nömrə ilə Whatsapp vasitəsilə qeydiyyatdan keçməli;
•Qeyd olunmuş əsər əvvəlcədən oxunmuş olsa belə, iştirakçı əsəri yenidən oxumalıdır.
Əsərin PDF formatı qeydiyyatda olan şəxslərə göndəriləcəkdir.
Aparıcı- psixoloq Kamil Həmidov
İŞTİRAK ÖDƏNİŞSİZDİR!
QEYDİYYAT: +994509643743 (Whatsapp)
ÜNVAN: Kitab Çapı, Süleyman Rəhimov 86

Biblioterapiya "biblio-latın sözü olub, "kitab", "therapia · "müalicə" deməkdir. Biblioterapiya psixoterapiya üsulu, ədəbiyyatdan istifadə edərək fərdin inkişaf etdirilməsi üsuludur. Şəxsi-psixoloji inkişaf məqsədilə oxumaq adi oxumaqdan məqsədyönümlüyü ilə fərqlənir. Kitabın müalicəvi təsiri qavrayış, arzu, fikir, ağrılı duyğular və düşüncələri dəyişdirmək və yeni hədəflərə doğru yönəltməkdir. Belə ki, kitab vasitəsilə şəxsin hisslərini azaltmaq və artırmaq, onun ruhi sakitliyini tənzimləmək mümkündür.

"Kitabla terapiya" "Addım" Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinə məxsus olan, öz resursları ilə həyata keçirdiyi layihədir. "Addım" GİM İB 30.08.2012-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərir. Əsas məqsədi gənclərin hərtərəfli inkişafına töhfə verməkdən ibarətdir.
Təşkilatın əsas partnyorları Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
Vətənpərvərlik mövzusunda hazırladğı 3D qrafikalı animasiyalarla respublika Gənclər Təşkilatları arasında bir ilkə imza atmışdır.

"Kitabla terapiya" layihəsinə bu günədək dəstək olanlar:
Parafraz nəşrləri, yazıcı Ceylan Mumoğlu, Kamal Kursları, Kitab Çapı, Səməd Vurğun Ev Muzeyi



Liked this event? Spread the word :

Map Süleyman Rəhimov 86, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Kitabla Terapiya
Advertisement