Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement

Kələxana Türbələrinə yürüş - Piknik

Advertisement

Kələxana Türbələrinə yürüş - Piknik


Yazın ilk turu - Azərbaycanın ən qədim, tarixi məkanlarından biri Şamaxıda yerləşən Kələxana Türbələrinə yürüş. Şamaxıdan təxminən 6 km məsafədə yerləşir.

YÜRÜŞÜN PROQRAMI:

07:50- yə kimi Gənclik metrosunun Gənclik mehmanxanası tərəfə çıxışında toplanış
08:10 – 10:40 – Bakı – Şamaxı yolu
10:50 – Kənddən türbələrə doğru yürüşə başlanılır
12:40 – Türbələrə çatırıq
12:40 - 15:30 - Sərbəst vaxt, samovar çayı və nahar fasiləsi
15:40 – Geri qayıdırıq
16:30 – Bakıya yola düşürük
19:00 – Bakıya çatırıq

Qeyd: yürüşdəki fəaliyyətlərdən və fasilələrdən asılı olaraq Bakıya çatma saatı təxminən 1 saat gec də ola bilər
_____________________________________________________

YÜRÜŞ BARƏDƏ MƏLUMAT:

- Məsafə: 3.5-4 km
- Çətinlik dərəcəsi: Asan
- Yürüşə başlanılan nöqtənin hündürlüyü təxminən 620 m
- Duracağımız son nöqtənin hündürlüyü təxminən 640 m
- Yürüş yolunda ən aşağı nöqtə təxminən 580 m
- Gedəcəyimiz yol boyu gözəl mənzərələr, qış yuxusundan oyanmış təbiət, yaşıl əkinlər, ətrafdakı təpələrə səpələnmiş kəndlərin xoş görüntüləri bizi gözləyir.
- Fasilə zamanı dincəldikdən sonra istəyənlər olarsa yaxındakı təpəyə çıxaraq həm türbələrin, həm də ətrafdakı ərazilərin yuxarıdan mənzərəsini seyr edə bilərik.
- Fasilə zamanı arzu edənlər olsa yaxınlıqdakı düzənlik ərazidə voleybol oynayacağıq.

___________________________________________________

LƏVAZİMATLAR:

- Bel çantası (həcmi 10-30 litr)
- Rahat geyim, su və külək keçirməyən gödəkçə
- Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
- Gün eynəyi
- Əlavə geyim (corab, qısaqol köynək, papaq, şapka və s.)
- Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.) ___________________________________________________

QİDALANMA:

* Özünüzlə yarım günlük yemək (nahar) və su ehtiyatı götürün. Çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, müxtəlif konservalar (termosla qaynar su götürməniz arzuolunandır. )
___________________________________________________

YÜRÜŞÜN BİR NƏFƏR ÜÇÜN QİYMƏTİ: 25 AZN (Tələbələr üçün 21 AZN)

ÖDƏNİŞƏ DAXİLDİR:
- Nəqliyyat
- Samovar çayı
- Sığorta
- Bələdçilik

Qeyd: Ödəniş əvvəlcədən qəbul olunacaq.

P.S. Əgər ödənişi etdikdən sonra turdan imtina olsa 01.03 2019 tarixinə dək tam qaytarılır. Bir gün qalmış imtina edildikdə isə 40% tutulacaqdır.
___________________________________________________

NƏQLİYYAT:

- Rahat avtobus - Mersedes Sprinter.
___________________________________________________

QEYDİYYAT VƏ ƏLAQƏ :

Ad və soyad, əlaqə nömrənizi aşağıdakı nömrənin whatsappına qeyd edin:

Zəng və whatsapp:

+994 55 277 96 59
+994 50 590 95 35
+994 50 660 36 86

Telegram:

+994 50 660 36 86

E-mail: YmVzaG1vdnN1bSB8IGdtYWlsICEgY29t



Map 5Mövsüm, Z. Aliyeva 59/26, 1010 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement

More Events in Baku

Explore More Events in Baku