X
Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement

IRAC Hüquqi Yazı Metodu və Məhkəmə Çıxışları

Advertisement

IRAC Hüquqi Yazı Metodu və Məhkəmə Çıxışları


Dəyərli dostlar,

ELSA Azərbaycan sizi 17 mart (şənbə günü), saat 11:00-da "IRAC hüquqi yazı metodu və məhkəmə çıxışları" mövzusunda baş tutacaq təlimə dəvət edir!

Təlim gündəliyini sizlərlə bölüşürük:
11:00-11:45 – Bakı Dövlət Universitetinin müəlliməsi hüquqşünas Gülnaz Ələsgərova hüquqi əsaslandırma üçün ən çox istifadə olunan metodlardan biri – IRAC haqqında öz biliklərini sizlərlə bölüşəcək.

Gülnaz Ələsgərova - Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bakalavr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmiş, BDU-nun hüquq fakültəsinin insan hüquqları üzrə magistr pilləsində təhsil almış və daha sonra doktoranturaya daxil olmuşdur.
Halhazırda BDU-da beynəlxalq əlaqələrlə iş üzrə dekan müavini və insan hüquqları və informasiya hüququ üzrə YUNESKO kafedrasının müəllimi vəzifələrində çalışır.

11:45-13:45 – Vəkil Türkel Süleymanlı məhkəmə çıxışları, dindirmə vərdişləri haqqında çıxış edəcəkdir.

Türkel Süleymanlı – Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış və 2005-ci ildən VəK*llər Kollegiyasının üzvüdür.

13:45-14:00 – İştirakçılara sertifikat təqdim olunacaqdır.

Təlimdə iştirak ELSA Azərbaycan üzvləri üçün ödənişsizdir. Qeyri-üzvlər üçün isə 5 AZN iştirak haqqı nəzərdə tutulmuşdur.

İştirak haqqı qazanan şəxslərə e-mail vasitəsilə məlumat veriləcəkdir!

Keçid vasitəsilə qeydiyyatdan keçə bilərsiniz: https://goo.gl/forms/Z6wWUxvoX48LO1652

Qeydiyyat üçün son tarix: 15.03.2018, 15:00



Liked this event? Spread the word :

Map Fabrika Coworking Center, 92, Nizami Street, Baku, Azerbaijan
Loading venue map..
Event details from Report a problem

Are you going to this event?

Organizer

ELSA Azerbaijan
Advertisement