Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Hüquq Günü Forumu

Advertisement

Hüquq Günü Forumu


Dəyərli dostlar,

16 dekabr 2018-ci il (bazar günü), saat 10:00-da Holiday Inn otelində baş tutacaq “Hüquq Günü Forumuna” tələbələri və gənc hüquqşünasları dəvət edirik!

Pilot layihə olaraq başlatdırılan və ilk dəfə keçiriləcək “Hüquq Günü Forumu” akademiyadan və praktikadan hüquqşünas və ekspertləri bir araya gətirərək açıq bilik mübadiləsi platforması yaradır. Forumun məqsədi təyin olunan panel mövzuları üzrə çoxtərəfli müzakirələrin təşkili, forum iştirakçılarına mövzular üzrə həm akademik, həm də praktiki biliklərin eyni vaxtda ötürülməsi ilə məsələlərə müxtəlif prizmalardan yanaşma bacarıqlarının ötürülməsidir. İştirakçılar həmçinin qarşılıqlı bilik mübadiləsində və sual-cavablarda iştirak edərək forumu zənginləşdirəcəklər.

Forum ərzində iştirakçılar “Vəkillik peşəsi” və “Gender əsaslı məişət zorakılığı” mövzusunda iki paneli dinləmək imkanına sahib olacaqlar. Forum fəaliyyətini hər paneldə akademiyanı və praktikanı təmsil edən üç hüquqşünas-ekspertin qısa təqdimatları və iştirakçılarla sual-cavab sessiyaları üzərində quracaq.

Hüquq Günü Forumu Beynəlxalq VəK*llər Assosiasiyasının tədbiridir.

Forumda çıxış edəcək spikerlər barədə məlumat elan yerləşdirilən səhifədə paylaşılacaqdır.

Forumda iştirak ödənişsizdir.

İştirak haqqı qazanan şəxslərə e-mail vasitəsilə məlumat veriləcəkdir!
Nəzərinizə çatdıraq ki, yerlər məhdud saydadır. Qeydiyyatdan keçməyə tələsin.

Qeydiyyat üçün son tarix:
10 dekabr 2018-ci il

Qeydiyyat linki:

https://goo.gl/forms/Tbw5Ux1WKNmI3Lcr2



Liked this event? Spread the word :

Map Gənclər və Hüquq Peşəsi/Youth For Legal ProfessionBaku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Gənclər və Hüquq Peşəsi/Youth For Legal Profession
Advertisement