Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Ferqli Ferdler

Advertisement

Ferqli Ferdler


6 aprel tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr edilmiş 1-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək.
Konqresin məqsədi ictimaiyyətin əsas diqqətini fərqli inkişaf özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir. Tədbirdə aşağıdakı mövzuları ehtiva edən 4 panel təqdim olunacaq:
1) Autizm spektr pozuntusu;
2) Diqqət çatışmazlığı sindromu / Hiper-aktivlik fonunda diqqət çatışmazlığı sindromu;
3) Turett sindromu;
4) Daun sindromu.
Konqresin məruzəçiləri arasında tanınmış beynəlxalq və yerli mütəxəssislər, mental pozuntulardan əziyyət çəkən uşaqların valideynləri, eləcə də bu cür pozuntuların mövcudluğuna baxmayaraq, öz həyat və nailiyyət tarixçələri barədə danışmaq istəyən insanlar yer alır. Konqresdə həmçinin dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf özəllikləri olan insanlar ilə iş üzrə mütəxəssislər iştirak edəcəklər.
Konqresdə iştirak pulsuzdur və fevral ayında start götürən ilkin qeydiyyat vasitəsi ilə həyata keçiriləcək. Bununla yanaşı, arzu edən hər kəs (könüllülük əsasında) tədbiri dəstəkləyə bilər. Bütün maraqlanan şəxs və şirkətlər tərəfdaşlığa dəvət edilir (Y29uZ3Jlc3MgfCBjZW8gISBheg==; aW5mbyB8IGZhbXRyYW0gISBheg==).
Konqresin təşkilatçıları qismində Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturu və peşəkar tədbirlərin aparıcı təşkilatçısı - “CEO” şirkəti (ceo.az) çıxış edir.

***

6 апреля в столице Азербайджана состоится первый Конгресс “Fərqli Fərdlər”, посвященный детям с особенностями развития.
Конгресс призван привлечь максимальное внимание общества к вопросам развития и воспитания детей с особенностями развития, создать диалог между родителями, специалистами и педагогами и поддержать заданный государством тренд на расширение инклюзивного общества. Событие будет представлено четырьмя панелями, затрагивающими следующие темы: Расстройства аутистического спектра, СДВ и СДВГ, Синдром Туретта и Синдром Дауна.
Спикерами конгресса станут известные международные и азербайджанские специалисты, родители детей с ментальными нарушениями, а также люди, которые расскажут истории своей жизни и успехов, несмотря на наличие расстройства. В конгрессе также примут участие государственные структуры, педагоги, врачи и профессионалы по работе с людьми с особенностями развития.
Участие в конгрессе будет бесплатным, по предварительной регистрации, которая будет открыта в феврале. При этом все желающие смогут поддержать мероприятие на добровольной основе.
Все заинтересованные лица и компании приглашаются к партнерству: Y29uZ3Jlc3MgfCBjZW8gISBheg==; aW5mbyB8IGZhbXRyYW0gISBheg==.
Организаторы конресса: семейный портал Famtram.az, образовательная структура Edutainment.az и ведущий организатор профессиональных событий компания CEO (ceo.az).



Map Heydər Əliyev Mərkəzi Bakı, pr. Heydar Əlıyeva, Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement