Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Eko-skaut düşərgəsi (Göygöl Milli Parkı)

Advertisement

Eko-skaut düşərgəsi (Göygöl Milli Parkı)


IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyası - Association of Scouts of Azerbaijan və Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundationun maliyyə dəstəyi ilə təşkil olunan "Təbiətin keşiyində" adlı növbəti düşərgəyə start verir.

IDEA-nın eko-skaut proqramı çərçivəsində təşkil edilən "Təbiətin keşiyində" düşərgələrinin əsas məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən düzgün istirahəti təşviq etməkdir.

Göygöl Milli Parkında 6-8 fevral tarixində baş tutacaq düşərgənin iştirakçıları üçün Milli parkın ərazisində eko-tur, marşrut boyu praktik təlimlər, hikinq, əyləncəli yarışlar, müsabiqələr keçiriləcək, həmçinin gəncləri musiqi, maraqlı ekoloji mövzularda fikir mübadilələri və s. surprizlər gözləyir.

Eko-skaut düşərgəsində iştirak etmək istəyənlər üçün şərtlər:

* Yaş həddi: 18-25

* Təhsil: Ətraf mühit və digər sahələrdə təhsil alan və ya təhsilini tamamlamış gənclər

!!! Qeyd edək ki, düşərgədə iştirak etmək ödənişsizdir. İştirakçılar nəqliyyat və qida ilə təmin olunacaqlar.

İştirakçı nəzərə almalıdır:

- Su keçirməyən rahat ayaqqabı;

- Qalın üst geyimi.

Düşərgədə iştirak etmək istəyənlər 29 yanvar 2019-cu il tarixinə qədər aşağıdakı linkdən qeydiyyatdan keçsinlər:
https://goo.gl/forms/3PHLXXVQBPEzrLv63

Əlavə məlumat üçün: Tel.: +(994 12) 4976316/ +(99455) 4935978



Map IDEA CampaignAZ1025 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

IDEA - International Dialogue for Environmental Action
Advertisement