Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Effektiv satış texnikaları təlimi

Advertisement

Effektiv satış texnikaları təlimi


Müasir iqtisadiyyatda bazarların çoxu doymuşdur və ya bazarlar qiymət siyasəti, məhsulların xarakteristikaları, xidmət çeşidini diktə edən bir neçə böyük oyunçular tərəfindən idarə olunur. Rəqabət mübarizəsi dənizində batmamaq üçün nə etmək lazımdır? İşlədiyiniz biznes sahəsində öz seqmentinizi necə tapmaq olar? Özünü digərlərin iş şərtlərinə uyğunlaşdırmamaq, eyni zamanda bazarda işləmək üçün öz şərtlərini formalaşdırmaq üçün nə etmək lazımdır? Öz istehlakçını istənilən, hətta nisbətən doymuş bazarda necə tapmaq olar? Potensial müştərilərdən “Bəs Sizi digərlərindən fərqləndirən cəhətlər hansılardır?” sualını daha eşitməmək üçün nə etmək lazımdır? Bu və digər sualların cavablarını bu təlimdə tapa biləcəksiniz.

Ünvan: TheOffice iş mərkəzi, 217 Bəşir Səfəroğlu Küçəsi, Bakı, Nizami kinoteatrının yanında.
Təlimçi: İlham Əfəndiyev, biznes konsultant və təlimçi

TƏLİM KURSUNUN MƏQSƏDİ
• Hər bir müştəri ilə qarşılıqlı münasibətlərin qurulmasına kömək edən effektiv telefon və üzbəüz satış bacarıqlarını inkişaf etdirmək;
• Satış danışıqlarının effektivliyini artırmaq və satışın hər mərhələsində müştəri sadiqliyini qorumaq bacarığına yiyələnmək.

TƏLİMDƏ NƏYİ ÖYRƏNƏCƏKSİNİZ
1. Satışın strategiyası və texnologiyası
• 2 satış strategiyası: müştəriyönümlü və rəqabətyönümlü strategiyalar, onların imkanları və məhdudiyyətləri;
• Satış prosesinin əsas mərhələləri;
• Hər bir mərhələnin məqsədi və alətləri;
• Kompleks satışın tərifi;
• Satışın korporativ strategiyası.

2. Satışa hazırlıq mərhələsi
• Satışa psixoloji hazırlıq;
• Müştəri məlumatlarının toplanması və təhlili;
• Korporativ müştərinin strukturu (qərar qəbul edən şəxslər və qərar qəbuletmə prosesinə təsir edən şəxslər);
• Effektiv mövqeləndirmə;
• "Satış borusu": prioritetlərin təyin etmə üsulu;
• Mövcud vəziyyətin güclü və zəif tərəflərinin təhlili.

3. Əlaqənin qurulması mərhələsi
• İlk müsbət təəssüratı necə yaratmaq;
• Müştəri ilə əlaqə yaratmaq üçün alqoritm;
• Müxtəlif qərar qəbul edənlərlə ünsiyyətin xüsusiyyətləri;
• Qərar qəbul edənlərin vəziyyətlərinin dəyərləndirilməsi: vəziyyətlərin növləri, vəziyyətlərin və məhsulumuza gözlənilən münasibətin təhlili;
• Şirkətin imicini formalaşdırmaq üçün müştərilə ünsiyyət qaydaları.

4. Telefonla danışıqların idarə olunması fəndləri
• Telefonla ünsiyyətin xüsusiyyətləri;
• Telefonla danışıqların mərhələləri və hər bir mərhələdə satıcının effektiv addımları;
• Hansı hallarda telefon danışıqlarını idarə etmək lazımdır və həmin hallarda istifadə olunan üsullar

5. SPİN üsulu ilə müştərilərin tələbatlarını öyrənmək mərhələsi
• Tələbatların növləri (obyektiv və subyektiv tələbatlar və ya "müştəri həqiqətdə nə alır?");
• Vəziyyətlə bağlı suallar - ümumi vəziyyətin aydınlaşdırılması;
• Problemlərlə bağlı suallar - müştərinin konkret tələbatlarına keçid;
• Aktuallığı müəyyən etmək üçün suallar - müştəri tələbatlarının aktuallıq səviyyəsinin qiymətləndirilməsi;
• Yönəldən suallar - xidmətin effektiv təqdim edilməsinə keçid.

6. Şirkət məhsulunun təqdimatı mərhələsi
• Özünün, şirkətin, məhsulun təqdimatı;
• Özünü təqdim etməkdə fərdi yanaşma;
• Komanda ilə danışıqlarda olarkən özünü təqdim etmə;
• Effektiv təqdimatların keçirilmə qaydaları;
• Müştəri üçün fayda dili. Əsaslandırma üçbucağı.

7. Müştəri ehtirazlarının cavablandırılması mərhələsi
• Müştəri ehtirazların mənbələri;
• Həqiqi və yalançı etirazlar;
• Müxtəlif ehtirazlarla iş texnikaları;
• Müştərinin şirkətində sövdələşməyə qarşı olan daxili düşmənlərin müəyyən olunması və bu kimi təsirlərə müqavimət göstərmək yolları.

8. Satışın yekunlaşdırılması
• Qərarvermə psixologiyası;
• Müştərilə satışın yekunlaşdırılması üsulları;
• Müştərilə əlaqənin yekunlaşdırma mərhələsində gələcək perspektivlərin nəzərə alınması.

9. Müştərilə mürəkkəb danışıqlar və mübahisələr
• Danışıqlar zamanı məqsəddən yayınmamaq üsulu;
• Danışıqlar zamanı itirilmiş mövqelərin qaytarılması üsulları;
• Müştərinin ehtirazlarını nəzərə alaraq onun maraqlarının müəyyənləşdirilməsi və danışıqlar əsasında məqsədlərə çatma;
• Danışıqlar zamanı müştəriyə təsir növləri;
• Standart hiylələr və manipulyasiyalar və onlara qarşı mübarizə metodları;
• Gözlənilməyən "sürprizlərə" qarşı reaksiya verməmək üçün fəndlər;
• "Narahat" və provokativ suallarla iş.

10. Danışıqlar zamanı müxtəlif vəziyyətlərdə effektivliyin artırılması
• Danışıqlar zamanı şəxsi effektivliyin qiymətləndirilməsi və mənfi nəticəli danışıqlardan fayda əldə etmək metodları;
• Danışıqlar zamanı təsirin artırılması metodları.

11. Əhəmiyyətli müştərilərin müşaiyyət olunması
• Mövcud və potensial müştərilərin inkişafı metodları;
• Müştərinin daxilində olan «Yenilikçi» və «Konservator»;
• Müştəri loyallığının yaradılması və dəstəklənməsi.

Təlim nəticəsində nə əldə edəcəksiniz?
1. Effektiv satışlar haqqında lazımi biliklərin əldə olunması;
2. Satışın mühüm mərhələlərində telefon və üzbəüz danışıqların aparılması bacarıqların inkişafı;
3. Əhəmiyyətli müştərilərlə uzunmüddətli əlaqələrin qurulmasına imkan verən satış texnikalarına yiyələnmə;
4. Çətin vəziyyətlərdə müştərilərlə effektiv işləmə bacarıqlarına yiyələnmə.

Təlim kimlər üçün nəzərdə tutulub?
• Sahibkarlar
• İdarəçilər
• Satış üzrə direktor və menecerlər
• Satış nümayəndələri
• Satış mütəxəssisləri.

TƏLİMÇİ HAQQINDA
İlham Əfəndiyev
• Biznes trener, konsultant və sahibkar;
• Çox milyonlu yerli və beynəlxalq layihələrdə uğurlu təcrübə;
• Satış və marketinq sahəsində 20 illik uğurlu karyera;
• Azərbaycanın ən iri media, reklam, aviasiya, telekommunikasiya və istehsal şirkətlərində iş təcrübəsi;
• Azərbaycanın ən böyük şirkətlərin Satış və Marketinq komandaları üçün 1000 saata yaxın təlim praktikası.

Təlimdə iştirak üçün şərtlər

Təlimdə iştirak etməklə siz aşağıdaki üstünlükləri əldə edirsiniz:

İştirakçı sayı məhdud olduğuna görə qeydiyyatdan keçənlər arasında seçim aparılacaq və yalnız seçim prosesindən keçənlər təlimdə iştirak edə biləcəklər.
Həmçinin həmkarlarınızla ünsiyyətdə olmaq və yeni əlaqələr qurmaq imkanı əldə edirsiniz.
Təlimdə iştirak haqqı: 80 AZN

Qeyd: Təlimin qiymətinə nahar daxildir.

Təlimin dili: Azərbaycan



Liked this event? Spread the word :

Map TheOfficeBəşir Səfəroğlu 215, AZ1014 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Afandi Consultancy
Advertisement