Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Dron Olimpiadası Finalı

Advertisement

Dron Olimpiadası Finalı


29 may- 2 iyun 2019-cu il tarixinlərində Bakı şəhər Heydər Əliyev mərkəzində
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə
INNOFEST keçiriləcəkdir. Ekosistemin genişləndirilməsi,mütəxəssis,
startapçı və şirkətlərlə əməkdaşlığın artırılması və innovasiyaların
əhaliyə festival formatında çatdırılmasını hədəfləyən Festivala hazırlıqlar
artıq başlamışdır. Festival çərçivəsində Azərbaycan Robotexnika
Mühəndislik Akademiyası tərəfindən təşkil olunmuş 7-12 yaşlı
şagirdlərarası Dron Olimpiadasının Azərbaycan Final mərhələsi də baş
tutacaq.
Qeyd edək ki, daha əvvəlcə Bakı və Sumqayıtın özəl və dövlət təhsil
müəssisəsindən olan 60 şagird 3 kateqoriyada (Drone Race, Drone
Football, Drone Challenge ) ən uğurlu Pilot olmaq uğrunda mübarizə
aparmış, və onlardan 20-i 2 iyunda baş tutacaq olan finalda iştirak etmək
hüququ qazanmışdır. Onu da əlavə edək ki, onlar sentyabrdan
başlayaraq AREA-ın “Mən Pilotam” dron tədris proqramında hazırlıqlara
başlayıblar. Şagirdlər finalda öz gücünü 3 fərqli kateqoriyada
sınayacaqlar.
Drone Race- şagirdlər bu kateqoriya üzrə ən sürətli pilot olmaq üçün
yarışacaq.
Dron Football - şagirdlərin ən çox sevdiyi kateqoriyadır. Futbol heç vaxt
belə kreativ olmamışdı. Onlar dronlarla havada futbol oynayacaq.
Şagirdlərarası ən böyük rəqabət Drone Challenge kateqoriyasında
olacaq.
Yerli və xarici startapçıların, İKT şirkətlərin, İT mütəxəssislərin, Xarici
şirkət nümayəndələrinində iştirak edəcəyi yarış indidən böyük maraq
toplamağı bacarıb.
Hər kateqoriya üzrə 1-ci yeri tutan şagirdlər Azərbaycanı Türkiyədə baş
tutacaq olan yarışda təmsil etmə hüququ qazanacaqlar.
Tarix 2 iyun
Vaxt: 10:00-15:00



Map Heydar Aliyev Center, Heydər Əliyev prospekti, 1, Baku, Azerbaijan, Baku, Azerbaijan
Report a problem

Are you going to this event?

Organizer

World Drone Olimpiad -Azerbaijan
Advertisement