Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

De/Konstruksiya: "Şaxta Baba ucqar kəndlərdə" fotosərgi

Advertisement

De/Konstruksiya: "Şaxta Baba ucqar kəndlərdə" fotosərgi


YARAT Sizi ARTIM Layihə Məkanında "De/Konstruksiya" müzakirələri çərçivəsində Camping Azerbaijan ilə görüşə dəvət edir. Tədbir zamanı Camping Azerbaijan həyata keçirdiyi "Şaxta Baba ucqar kəndlərdə" layihəsi haqqında ətraflı məlumat verəcək və fotosərgi nümayiş edəcək.

Mühazirəçilər: Elvin Məmmədsoy, Tural Ömərov (Camping Azerbaijan)
Fotoqraflar: Zaur Mirzəyev, Elşən Baba, Eldar Əkbərov

25 yanvar, saat 19:00
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

Camping Azerbaijan komandası artıq 4-cü ildir ki, Azərbaycanın Quba və Qusar rayonlarının ucqar kəndlərinə "Şaxta Baba ucqar kəndlərdə" layihəsi ilə qonaq gəlir. Onlar əvvəlcə uşaqlar üçün hədiyyələr, oyuncaqlar, müxtəlif əşyalar toplayır və sonra Şaxta Baba geyimində uşaqlara təqdim edirlər. Sonuncu səyahət fotoqraflar Zaur Mirzəyev, Elşən Baba və Eldar Əkbərov tərəfindən səfalı dağ mənzərələri fonunda sevinc, həyəcan və dostluq hissini göstərən rəngarəng fotolar ilə sənədləşdirilib. Tədbir zamanı Camping Azərbaycan komandasının həyata keçirdiyi sosial layihələri haqqında fəaliyyətindən danışılacaq və "Şaxta Baba" layihəsinin sənədli foto təqdimatı keçiriləcək.

Camping Azerbaijan ucqar kəndlərə, təbiət guşələrinə, yüksək dağlıq ərazilərə və Böyük Qafqaz dağlarındakı zirvələrə ictimai və fərdi turlar həyata keçirən ekoturizm şirkətidir. 2014-cü ildə bir nəfərlə fəaliyyətə başlayan təşkilatın hal-hazırda on üzvü var. Həmçinin, sadiq və səxavətli müştərilərin və könüllü dostlardan ibarət şəbəkə qurmağı bacarıblar. Şirkət ekoturizm brendinin məsuliyyətini dərk edir və bacardıqca ekoturizm prinsiplərini qoruyaraq təbiətə tur zamanı təsirlərin minimumda saxlamağa çalışır. Azərbaycanın təbiət turizminə ən çox yeni marşrut töhfəsini məhz Camping Azerbaijan verib.

"De/Konstruksiya" – ARTIM Layihə Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.

_________
YARAT приглашает вас на мероприятие "Дед Мороз в отдалённых сёлах" в рамках проекта «Де/Конструкция», которое состоится в Проектном Пространстве ARTIM. Во время мероприятия основатели проекта Camping Azerbaijan подробно расскажут о своём проекте и поделятся фото выставкой.

Лекторы: Эльвин Мамедсой, Турал Омаров (Camping Azerbaijan)
Фотографы: Заур Мирзаев, Эльшан Баба, Эльдар Акбаров

Дата: 25 января, 19:00
Адрес: Проектное Пространство ARTIM, Ичеришехер, ул. Беюк Гала 30, 001А
Вход свободный

Команда Camping Azerbaijan уже четвертый год поднимается в отдалённые районы северного Азербайджана, в том числе в горные села Губа и Гусар, в поддержку проекта "Дед Мороз на окраинных сёлах". Они заранее собирают подарки, игрушки и игры для детей и передают их детям, одетые в костюмы Деда Мороза. Последняя поездка была задокументирована Зауром Мирзаевым, Эльшаном Баба и Эльдаром Акбаровым. Они запечатлели красочные, волшебные моменты радости, волнения и дружбы, окруженные живописными горными пейзажами. Во время мероприятия вы ознакомитесь с социальными проектами Camping Azerbaijan, а также фото презентацией проекта "Дед Мороз на окраинных сёлах".

Camping Azerbaijan – это эко-тур агентство, организующее поездки на выходные и частные туры в самые отдаленные деревни, природные зоны, высокогорные районы и вершины Кавказа. Мы понимаем ответственность бренда экологического туризма и делаем все возможное, чтобы следовать принципам экологического туризма. Компания была основана в 2014 году.

«Де/Конструкция» – это серия бесед, которая проходит в период монтажа/демонтажа выставок в ARTIM. Данный проект предоставляет платформу для молодых творческих людей, где они могут проводить беседы на разные темы, обмениваться опытом, делиться и размышлять над своими работами с более широкой аудиторией.

_________
YARAT Contemporary Art Space is pleased to announce the De/Construction event "Santa Claus in the remote villages" at ARTIM Project Space. During the event Camping Azerbaijan will inform guests about the project and also show photo exhibition.

Speakers: Elvin Mammadsoy, Tural Omarov (Camping Azerbaijan)
Photographers: Zaur Mirzayev, Elshan Baba, Eldar Akbarov

Date: January 25, 7 pm
Address: ARTIM Project Space Old City (Icherisheher) Boyuk Gala Street 30, 001A
Admission is free

The team of Camping Azerbaijan already climbes for the fourth year to the remote areas of northern Azerbaijan, including Guba and Gusar mountain villages, in favor of their Santa Claus project. Beforehand, they collect gifts, toys and games for the children and hand them over dressed up in Santa Claus costumes. The last trip has been documented by Zaur Mirzayev, Elshan Baba and Eldar Akbarov. They captured the colorful, magical moments of joy, excitement and friendship embedded in front of the picturesque mountain landscapes. The event consists of a conversation with the operators of Camping Azerbaijan, informing about their social projects and a presentation of the photo documentation of this year’s Santa Claus Project.

Camping Azerbaijan is an eco-tour agency organizing weekend trips and private tours to the remotest villages, nature areas, high mountainous areas and peaks of the Caucasus. We understand the responsibility of the eco-tourism brand and do our best to follow eco-tourism principles. Company was established in 2014.

"De/Construction" is a series of events that takes place during the de/installation period at ARTIM. It provides a platform for critical discussion, brainstorming and exchange for young creative people to share and reflect on their body of work with a broader audience.



Map ARTIMİçərişəhər, Böyük Qala küçəsi 30 001A, Az1000 Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Yarat! Contemporary Art Space
Advertisement