Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Cəza metodları

Advertisement

Cəza metodları


Cəza metodları

Tarixən qanun pozan şəxslər müxtəlif formalarda cəzalandırılmışlar. Bəs bu cəzalar nələrdən ibarət olmuş, tarix boyu necə dəyişmişlər?

Seminarda çoxsaylı cəza tədbirləri, eləcə də, son dövrlər istifadəsi genişlənən innovativ yanaşmalar - elektron bilərzik və ictimai cəzalar (community-based approach) haqqında mülahizələr təqdim ediləcək. Təqdimatçı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi üzrə təhsil almış, bir sıra kriminoloji araşdırmaların müəllifi İnqilab Şahbazovdur.

Məkan: Qafqaz Sport Hotel (AMAY Ticarət Mərkəzinin yanı)

Nəqliyyat: 21, 32, 46 və 175 nömrəli marşrutlar; ən yaxın metro stansiyası Xətai stansiyasıdır

İnqilab Şahbazov haqqında
İnqilab Şahbazov 2012-ci ildə İngiltərənin Şeffild Universitetinə daxil olaraq, sosiologiya üzrə bakalavr təhsili almışdır. O, magistratura təhsilini isə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi üzrə almışdır. Hazırda Azərbaycan Elm Assosiasiyasının həmsədri vəzifəsini icra edir.

O, hər iki təhsil müddətində kriminologiya, hüquq və cəza mövzuları barədə geniş biliklər əldə etmiş, tədqiqatlar aparmış, kriminologiya üzrə 2 dissertasiya hazırlayıb müdafiə etmişdir. Dissertasiyaların mövzuları cinayətin baş vermə səbəbləri, onun cəzalandırma metodları və effektivliyi sahələrini əhatə etmişdir. Praktiki olaraq isə, İngiltərədə təhsil aldığı müddətdə kriminologiya sahəsində kəmiyyət tədqiqatı, sosial məsələlər üzrə isə keyfiyyət araşdırmaları aparmışdır. O, Azərbaycanda araşdırma şirkəti və beyin mərkəzində (İqtisadi və Sosial İnkişaf Mərkəzi və SİAR Consulting) çalışdığı müddətdə sosial, kriminoloji və iqtisadi məsələlər üzrə müxtəlif metodoloji üsullarla araşdırma aparmış, nəticələrini aidiyyəti qurumlara təqdim edib.

İnqilab Şahbazov Sosioloji nəzəriyyələr kitabının müəllifidir. Hazırda metodologiya haqqında kitab yazmaqdadır (2019-cu ilin Yanvar ayında nəşri gözlənilir). Onun həmmüəllifi olduğu ''Excessive use of pre-trial detention in Azerbaijan: Examination of the causes'' ingilisdilli məqaləsi nüfuzlu ''International Journal of Law, Crime and Justice'' jurnalında çap üçün rəyçilər heyəti tərəfindən müsbət qəbul edilmişdir. Məqalədə Azərbaycanda həbs qətimkan tədbirinin istifadəsi, onun problemləri və bu istiqamətdə dövlət tərəfindən görülən işlər öz əksini tapmışdır. Bununla yanaşı, İnqilab Şahbazov sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu sertifikatlarından olan Market Research Society Advanced Certificate in Market and Social Research Practice sertifikatının sahibidir.



Liked this event? Spread the word :

Map Qafqaz Baku Sport HotelBaku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Azerbaijan Science Association
Advertisement