Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement

Cümhuriyyət Zirvə Yürüşü

Advertisement

Cümhuriyyət Zirvə Yürüşü


Cümhuriyyət zirvəsi-Azərbaycan Respublikasının Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr yüksəklikdə, Tufandağın sağ yan silsiləsində yerləşən zirvədir. 2018- ci ilin may ayında Cümhuriyyətimizin 100 illiyi ilə əlaqədar yaradılmışdır.

Turun programı:

I gün

Sabah saat 08:00-da Bakıdan yola düşürük.Bakı –Quba yolu 3 saatdır.Son alış-veriş işlərimizi tamamladıqdan sonra Xınalıq kəndinə yola düşürük.Xınalıq kəndinə yolumuz 2 saatdır.Şahdağ Milli Parkı və Dövlət Sərhət Xidməti nəzarət –buraxılış məntəqəsində yoxlamadan keçib, Şahyaylağa yola düşürük.Maşınlarla 2 saatlıq hərəkətdən sonra düşərgə yerinə yetişirik.Çadırları qurub , nahar yeməyini yedikdən sonra uyğunlaşma yürüşü üçün yüksəkliyə çıxırıq.


II gün

Səhər saat 05:00-da zirvəyə doğru hərəkət edirik.Düşərgədən zirvəyə qədər olan yolumuz 5 saatdır.Saat 10:00-11:00 aralığında zirvəyə yetişirik.Zirvədən eniş 3-4 saatdır.Düşərgəyə enib , çadırları toplayıb yola düşürük. Saat 22:00-da Bakıya çatırıq.

Lazım olan LƏVAZİMATLAR:

-Çadır 3-4 mövsümlük
-Yataq kisəsi,mat,tozluq,
-Bel çantası (50-60 l ) ,fanar
-Su keçirməz geyim (Gore-tex),isti geyim ,dağ ayaqqabısı,gün eynəyi,gündən qorunmaq üçün krem,su ( ən azı 2 l)
- Şəxsi əşyalar və gigiyenik vasitələr (corab,termos, yemək bişirmə dəsti, salfet və s.)

Diqqət turun qiyməti iştirakçı sayından asılı olaraq dəyişəcəkdir.
Qrup sayı 15 nəfər nəzərdə tutulub.


Qiymətə daxil olan xidmətlər:
- İcazələrin alınması ( Ekologiya nazirliyi, Sərhət xidməti, FHN)
- Milli parka giriş biletləri
- Düşərgə və yürüş planının təşkili
- Nəqliyyat ( Bakı-Xınalıq və Xınalıq –Düşərgə)
- Dağ rəhbəri
- Foto çəkiliş

15 nəfərlik qrup üçün 1 nəfərin qiyməti -130 azn.

Qeyd 1:
Qrup sayına görə qiymət dəyişə bilər.

Qeyd 2:
Dağ rəhbəri hava şərtləri, ictimai hadisələr və hər cür mənfilik qarşısında, tur proqramında dəyişiklik etmə və ləğv haqqına malikdir.

Qeyd 3:
Son qeydiyyat tarixi 1 may 2019-cu ildir.

Qeyd 4:
Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin surəti lazımdır.

Qeyd 5:
Yürüş üçün çatışmayan və ya istənilən ləvazimatları sərfəli qiymətə icarəyə götürə bilərsiniz.



You may also like the following events from Azerbaijan Travel Agency:

Map Azerbaijan Travel Agency, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Organizer

Azerbaijan Travel Agency
Advertisement

More Events in Baku

Explore More Events in Baku