Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events

Bazardüzü zirvə yürüşü

Advertisement

Bazardüzü zirvə yürüşü



Bazardüzü zirvəsi — Azərbaycan Respublikasının ən yüksək nöqtəsi, yüksəkliyi 4466 metrdir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. Azərbaycan ərazisindən Qusar,Quba,Qəbələ və Oğuz rayonlarından zirvəyə dırmanmaq olar.

Gün 1. Bakıdan Quba şəhərinə yola düşürük( 3 saat).Son alış-verişi etdikdən sonra Xınalıq kəndinə yola düşürük (2 saat).Xınalıq kəndinə yetişdikdən sonra dağ maşınlarıyla Bazardüzü zirvəsinin düşərgəsinə (1) yola düşürük (2 saat). Düşərgə yüksəkliyi 2900 metrdir.

Gün 2. Səhər saat 11:00 -da Bazardüzü düşərgə(2)-yə yola düşürük (3 saat kamp yüküylə).Yüksəklik 3250 metrdir.Gecəni çadırlarda keçiririk.

Gün 3. Səhər saat 05:00 –da Bazardüzü zirvəsinə(4466 m) dırmanışa başlayırıq.Zirvə yolumuz 6-7 saat,eniş 3-4 saatdır. Düşərgəyə enib çadırları toplayıb yola düşürük. Saat 22:00-da Bakıya çatırıq.

Turun qiymətinə daxildir:

• Nəqliyyat (Bakı-Quba-Xınalıq kəndi və geriyə (sprinter)
• Şahyaylaq –Düşərgə və geriyə ( 4x4 və kamaz dağ maşınları)
• Dağ bələdçisi
• Milli parka giriş üçün icazə
• Dövlət Sərhəd Xidmətindən İcazə
• Şahdağ Milli parkına giriş pulu
• FHN icazə

İştirakçı tərəfindən gərəkən ləvazimatlar:

Çanta 60-70L,dağ ayaqqabısı,su keçirməz isti şalvar və gödəkcə (GOR-tex),yürüş çomaqları, mətbəx ləvazimatları,ocaq,çadır,baş fənəri,tozluq,papaq,eynək,əlcək kaska,kranpon və.s

Turun qiyməti:

15 Nəfərlik grupda 1 nəfər üçün qiymət - 175 AZN.

Son qeydiyyat tarixi 1 iyul 2019-cu ildir.

Qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin surəti lazımdır.

Müxtəlif məlumatlar:

• Qrup sayı maksimum 3,6,10,12,15 nəfərlə edilə bilər.
• Turun qiyməti qrup sayına görə dəyişə bilər.
• Turumuza ən gec 20 gün əvvəlinə qədər qeyd etdirib ödənişi etməniz gərəkir.(Şəxsiyyət vəsidəsinin surətiylə)
• Tur bələdcisi hava şərtləri, ictimai hadisələr və hər cür mənfilik qarşısında, tur proqramında dəyişiklik etmə və ləğv haqqına malikdir.
• Dağ şəraitində qidalanma və yemək bişirmə iştirakçının özü tərəfindən edilir.
• Kirayə dağçılıq və kamp ləvazimatları verilir. (Çadır, mat, yataq kisəsi, düşərgə ocağı)



You may also like the following events from Azerbaijan Travel Agency:

Map Azerbaijan Travel Agency, Baku, Azerbaijan
Report a problem

Are you going to this event?

Organizer

Azerbaijan Travel Agency
Advertisement