Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Bəhrom Nəzərullayevin Nəzəri və Praktiki Təməl Ortodontiya Kursu

Advertisement

Bəhrom Nəzərullayevin Nəzəri və Praktiki Təməl Ortodontiya Kursu


Nəzəri və Praktiki Təməl Ortodontiya Kursu
4 təməl modul + 2 proqressiv modul

BAKHROM NAZARULLAYEV

I Modul: “ Ortodontiya – stomatologiyanın mühüm və
əvəzolunmaz bir sahəsi kimi.
Ortodontiyada diaqnostika.”
Tarix: 16 aprel – 21 aprel 2019–cu il (6 gün)

II Modul: “Erkən ortodontik müalicə. Distal və mezial dişləm,
şaquli patologiyaların (dərin və açıq dişləm) çıxan və
çıxmayan ortodontik aparatlarla erkən korreksiyası.”
Tarix: 11 iyun – 15 iyun 2019-cu il (5 gün)

III Modul: “Standart edcuvays texnika. Tweed texnikası.
Tweed- Merrifield fəlsəfəsi.” (Tipodont kursu)
Tarix: 9 sentyabr – 16 sentyabr 2019-cu il (6 gün)

IV Modul: “Ortodontiyada biomexanika.”(Tipodont kursu)
Tarix: 9 dekabr – 16 dekabr 2019-cu il (5 gün)
Proqressiv modullar
V Modul: “MEAW texnikası. (Çox əyməli qövs texnikası)”
(Tipodont kursu)
Tarix: 11 fevral - 16 fevral 2020-ci il (5 gün)
VI Modul: “Ortoqnatik cərrahiyə kursu.”
Tarix: Aprel 2020- ci il (3 gün)
Modul 1:
”ORTODONTİYA BİR ELM KİMİ,ORTODONTİYADA DİAQNOSTİKA”
Tarix: 16 aprel - 21aprel 2019-cu il
KURSUN TEMATİKASI:
I gün
1. Pasientin şikayətlərinin analizi,kliniki müayinə,stomatoloji və somatik analiz.
2. Pasientin üzünün analizi(öndən),proporsiyaların və simmetriyanın təyin edilməsi;orta xəttin, dodaqların ,kəsici dişlərin ekspozisiyasının ,çənənin vəziyyətinin dəyərləndirilməsi;transverzal və şaquli parametrlər.
3. Gülüşün analizi,gülüş qövsü.
4. Üzün profilinin analizi.Sagital və şaquli parametrlər.
5. Fotometriya.Ağız boşluğu xarici və ağız boşluğu daxili şəK*llər.
6. Kontrol-diaqnostik modellərin analizi.Məkan dəyərləndirilməsi.Böyük azı dişlər arası transverzal məsafənin dəyərləndirilməsi və onun vacib diaqnostik alət kimi genişləndirmə üsulunun seçimində(qövslər ortodontik,MARPE,SARPE və s.) istifadəsi.
7. Bolton analizi.

II gün
1. Yan proyeksiyada telerentgenoqrafiya (TRQ).
Vacib antropometrik nöqtələr,xəttlər,bucaqlar.
2. Downs analizi.
3. Steiner analizi.


III gün
1. Jarabak analizi.
2. Ricketts analizi.
3. McNamara analizi.


IV gün

1. Wit’s analizi.
2. Tweed analizi.
3. Kim analizi.

V gün

1. VTO(müalicə nəticələrinin vizualizasiyası).
2. Əlin rentgenoqrammasının analizi.
3. Boyun fəqərələrinin olqunlaşmasının dəyərləndirilməsi.


VI gün

1. Panoram rentgenoqrammanın analizi.
2. Frontal sefolometriyanın Grummons və Ricketts metodları ilə analizi.
3. Arnettin ətraflı analizi.


Modul 2:
”ERKƏN ORTODONTİK MÜALİCƏ.”
Tarix: 11 iyun -15 iyun 2019-cu il

I gün
NƏZƏRİYYƏ-MÜHAZİRƏ:
1. Diş qövslərinin inkişafı.
2. Diş qövsləri məkan defisiti.LeeWay space və İncisor liability anlayışları.
Məkan defisitinin dəyərləndirilməsi.defisitin korreksiyası strategiyası; serial diş çəkimi və ya genişləndirilmə.
PRAKTİKA:
a) Həlqələrin hazırlanması.
b) Adams klamerləri.
c) Vestibulyar qövs.

II gün
NƏZƏRİYYƏ-MÜHAZİRƏ:
TRANSVERZAL ÖLÇÜLƏR:

1. Dəqiq diaqnostika və müalicənin planlaşdırılması.
2. Böyük azı dişləri arası transverzal məsafənin genişləndirilmə üsulunun seçimi məqsədi ilə dəyərləndirilməsi(ortodontik qövslər,MARPE,SARPE).
3. Transverzal ölçülərin pozulması zamanı müşahidə olunan problemlər.
4. Çıxan genişləndirici aparatlardan mikroimplant dəstəkli genişləndirici aparatlara qədər düzgün genişləndirmə üsulu və protokolu seçimi.

PRAKTİKA:
a) Damaq qövsünün hazırlanması(TPA).
b) Genişləndirici ortodontik aparatın hazırlanması.
c) Haas aparatının hazırlnması.
d) MSE(mikroimplant dəstəkli)hazırlanması nümayişi.

III gün
NƏZƏRİYYƏ-MÜHAZİRƏ:
ŞAQULİ ÖLÇÜLƏR:
1. Şaquli anomaliyaların növləri(açıq,dərin dişləm).
2. Yumşaq toxumaların dişləmin şaquli problemlərinin inkişafında rolu.
3. Burun tənəffüsünün pozulmasının mənfi təsiri.
4. Açıq dişləmin ortodontik müalicəsi.
5. Dərin dişləmin ortodontik müalicəsi.

PRAKTİKA:
a) Dil üçün çəpərin hazırlanması.
b) Çeynəmə dişləri nahiyəsində dişləm ısırıq yastıqlarının hazırlanması.

IV gün
NƏZƏRİYYƏ-MÜHAZİRƏ:
SİNİF II ANOMALİYALARININ ERKƏN ORTODONTİK MÜALİCƏSİ
1. Sinif II patologiyanın komponentləri.
2. Patologiyanın müalicəsinin başlanma vaxtının düzgün seçimi.
3. Müalicə zamanı mümkün olan strategiyalar:
a) üz qövsü ilə korreksiya .
b) funksional aparatlarla korreksiya(aktivator,twinblok və s.).
PRAKTİKA:
a) Sinif II aktivatorunun hazırlanması.
b) Üz qövsü klinik nizamlanma etapının nümayişi.

V gün
NƏZƏRİYYƏ-MÜHAZİRƏ
SİNİF III ANOMALİYALARININ ERKƏN ORTODONTİK MÜALİCƏSİ
1. Sinif III patologiyaların komponentləri.
2. Sinif III patologiyaların müalicəsinin başlanma vaxtının düzgün dəyərləndirilməsi.
3. Ortodontik müalicədə mümkün olan strategiyalar:
I. Üz maskı ilə korreksiya.
II. Funksional aparatlarla korreksiya.
III. Sapandvari çənə papağı.

PRAKTİKA:
a) Üz maskı üçün çıxıntılarla RME(rapid maxillary expander) hazırlanması


Modul 3:
“STANDART EDCVUAYZ TEXNİKASI.
TWEED- MERRİFİELD FƏLSƏFƏSİ.”
Tarix: 9 sentyabr -16 sentyabr 2019-cu il
MODULUN TEMATİKASI:
1. Standart texnikanın tarixi.
2. Differensial diaqnostika və kliniki analiz (Tweed metodu ilə).
3. Ortodontiyada biomexanikanın prinsipləri.
a) Məkan qapanışının müqayisəvi qövs əymələri və sürüşmə metodu ilə analizi.
b) Biomexanikanın giriş müqəddiməsi hissəsi,instruzion qövslər,azı dişlərinin vəziyyətinin korreksiyası.

PRAKTİKA:
1. Əsas elementlərin əymə məşğələləri(Omeqa,bağlayıcı əymələr və s.)
2. Yumşaq lehimlə lehimləmə məşğələsi.
3. Diş qövsü formasının hazırlanması.

MUM TİPODONTDA PRAKTİKA:
Sinif II I yarımsinif Bimaksilar protruziya müalicəsinin simulyasiyası(yuxarı və aşağı birinci kiçik azı dişləri çəkimi ilə)
DİŞ CƏRGƏSİNİN HAZIRLANMASI:
1. Dişlərin nizamlanması.
2. Dişlərin rotasiyası kontrolu.
3. Köpək dişlərinin distalizasiyası .
4. II böyük azı dişinin dayaq üçün hazırlanması.
DİŞ CƏRGƏSİNİN DÜZƏLDİLMƏSİ
AŞAĞI DİŞ CƏRGƏSİ:
1. Çəkimdən sonrakı məkanların qapanması.
2. Dayağın hazırlanması.
3. Dişlərin köklərinin paralel quruluşlanması.

YUXARI DİŞ CƏRGƏSİ:
1. Ön protruziyanın korreksiyası.
2. Çəkimdən sonrakı məkanlarin qapanması.
3. Böyük azı dişlərin sinif I qarşılıqlı münasibətinin əldə olunmasına qədər distalizasiyası.

DİŞ CƏRGƏSİ MÜALİCƏSİNİN
YEKUNLAŞDIRILMASİ
1. Dişlərin yekun vəziyyətinin təmin edilməsi.
2. Ön estetik nizamlamalar.
3. Tweed oklyuziyasının yaradılması.

Modul 4:
“ORTODONTİYADA BİOMEXANİKA”
Tarix: 9 dekabr-16 dekabr 2019-cu il
I gün
NƏZƏRİ MÜHAZİRƏ:
1. Qüvvələr,momentlər,müqavimət və fırlanma mərkəzləri.Qoşa qüvvələr.
2. Dişin düzgün yerdəyişməsini təmin etmək üçün lazım olan qüvvələr sistemi necə hesablanmalı.
3. Ortodontik qövslərin xüsusiyyətləri.

PRAKTİKA:
a) Əsas elementlərin (T-əymə,Kantiliver və s.)əymə məşğələləri.
b) Yumşaq lehimlə lehimləmə və nöqtə lehimləmə məşğələləri.
c) Dişin düzgün yerdəyişməsini təmin etmək üçün qüvvələr sisteminin hesablanması məşğələsi.

II gün
NƏZƏRİ MƏRUZƏ:
1. Kantiliverlər.
2. Burstona görə altı həndəsə prinsipi.
3. V-bənzər əymələr.

PRAKTİKA:
1. I,II,III sıra əymələr məşğələləri.
2. Passiv qövslərin hazırlanması.
3. Kantiliver istifadə olunmaqla addımlı qövs.

III gün:
NƏZƏRİ MÜHAZİRƏ:
1. Transpalatal qövslər.
2. İki vektorlu mexanika.

PRAKTİKA:
1. Düzbucaqlı tərkib əymələrinin köməyi ilə dişin rotasiya kontrolu və düzəldilməsi.
2. Kantiliverin köməyi ilə köpək dişinin ekstruziya və rotasiya kontrolu.T-əymənin köməyi ilə köpək dişinin distalizasiyası.
3. Transpalatal və linqval qövslərin hazırlanması.
4. Stabilizəedici və aktiv qövslər.

IV gün
NƏZƏRİ MÜHAZİRƏ:
1. Burstone və Ricketts üsulu intrusion qövslər.
2. Çəkimdən sonrakı məkanların qapanması.
PRAKTİKA:
DİŞ CƏRGƏSİNİN KORREKSİYASI
1. Çəkimdən sonrakı məkanların T-əymələrin və kantiliverlərin köməyilə qapanması.
2. Burstone seqmentar texnikası köməyilə ön dişlərin retraksiyası və intruziyası.
3. İki vektorlu mexanikanın köməyilə orta xəttin korreksiyası.
4. Böyük azı dişlərinin kantiliverlərin köməyilə dikəldilməsi.

V gün:
NƏZƏRİ MÜHAZİRƏ:
1. Üz qövsləri.
2. Mikro implantların istifadəsi zamanı biomexanika.
PRAKTİKA:
1. Dişlərin yekun nizamlanması.
Detallaşdırıcı əymələr.
2. Torklu qövsün hazırlanması.
3. Ön estetik nizamlanma.



You may also like the following events from VITTA Dental:

Map VITTA Scientific Technical Company, Azerbaijan, Baku Tbilisi avenue 129, Baku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement