Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

Adsız Yüksəkliklər Bədii Filminin Nümayişi

Advertisement

Adsız Yüksəkliklər Bədii Filminin Nümayişi


Please scroll down for English version

Adsız Yüksəkliklər Filminin Nümayişi.

"Adsız Yüksəkliklər" bədii filmini 20 Yanvarda Park Bulvarın, Flame Towersin,Metropark və Park Cinema Zaqulba kinoteatrlarında izləyə bilərsiniz. 21 Yanvar tarixindən etibarən isə yalnız Flame Towersdə yerləşən Park Cinemada nümayiş olunacaq.

Qeyd edək ki, bu film müstəqil rejissor Hilal Baydarovun ilk filmi olmasa da, Azərbaycan kinoteatrlarında nümayiş olunacaq ilk filmidir. Daha öncə bu film Kanadanın Montreal World Film Festival və Almaniyanın Cottbus Film Festivalında nümayiş olunmuşdur. Film Yanvar ayının sonlarında Sharjah Film Platformunda və önümüzə gələn aylarda başqa beynəlxalq film festivallarında iştirak edəcəkdir. Bu barədə Ucqar Film facebook səhifəsində rəsmi məlumat veriləcəkdir.


Azərbaycanın qarlı dağlarında yerləşən bir kənd. Bir neçə insan arxaik qaydada bir yerdə yaşayır, ancaq bütün bunlar bir kəndlinin 8 illik səyahətdən sonrakı qayıdışına qədər davam edir. Rejissor bu filmində fəlsəfi bir problemi - insanın təbiət qarşısında diz çökməsini ortaya qoyur.
“Məni qorxudan yaratdı”. Sirli bir səs bu sözlərlə özünü kameradan təqdim edir. Bu səs dağlarda təcrid halında yaşayan kiçik bir insan qrupunun başına gələn qəribə hadisələri müşayiət və idarə edir. Onun tərəfdaşı “səyyah” adlanan, səkkiz ildən sonra doğulduğu yerə qayıdan və evlərini heç vaxt tərk edib getməmiş insanlar arasında müxtəlif qorxular oyandıran gənc bir adamdır. Səyyah icmanın zahidlik, tabelik və ən uyğun olanın həyatda qalması kimi xarakterizə olunan sərt və arxaik qaydalarını silkələyir. Şahmat oyunçusu kimi, o, başqalarının reaksiyalarını provokasiya edir və oyun prosesindəki məğlubiyyətləri qəbul edir.
Kamera arxasında da dayanan rejissor Hilal Baydarov özünün bu filmində təkəbbürün, birgəyaşayışın və iyerarxiyanın mahiyyətini tədqiq edir. Burada varoluşçu bir filmin məcazı özünü boğucu, əzablı məhdudiyyətlə hüdudsuz məkanların qarşılıqlı əlaqəsi içərisində, dağların heyrətamiz gözəl qış mənzərələri vasitəsilə biruzə verir. (Cottbus Film Festival)
Mənbə: http://www.filmfestivalcottbus.de/en/festival-en/program-en/sections-en/movie/1487.html?fbclid=IwAR0O-fRjJTeomZcKKlzftCP9qOD6cPeA65mmU2cmYkZQ2vRuu36AuYY506w

Filmin Traileri:
Youtube Video


Filmin müddəti: 93 dəqiqə

Biletləri 15 Yanvar tarixindən Park Cinema kassalarından və parkcinema.az saytından onlayn əldə edə bilərsiniz.


Eng:

"Hills Without Names" will be screened at Park Boulevard, Flame Towers and Metropark Cinemas from the 20th January of 2019. It will only be screened at Flame Towers Park Cinema from the 21st January.
It is not the first film made by independent director Hilal Baydarov, however it is his first film to be screened in Azerbaijani Cinemas. Hills Without Names has been premiered at Montreal World Film Festival (Canada) and screened at Cottbus Film Festival (Germany). Sharjah Film Platform will also include it to its program at the end of January. It will also be screened at other international film festivals. You will be able to get more information from the official facebook account of Ucqar Film.

A village in the snow-capped mountains of Azerbaijan. A handful of people are living together in an archaic order until a former villager returns after eight years of travels and mixes everything up. Hilal Baydarov poses major philosophical questions in his film debut - against a landscape to die for.

"I am the result of fear." With these words, a mysterious voice introduces itself off camera. It accompanies and manages the strange events befalling a small group of people who are living in seclusion in the mountains. Its collaborator is a young man, called "the wanderer", who is now returning to his birthplace after eight years away and awakens different fears among those who never left their home. The wanderer shakes the community’s rigid and archaic rules that are characterised by piety, subordination and the survival of the fittest. Like a chess player, he provokes the reactions of the others and accepts losses in the process.

Director Hilal Baydarov, who was also behind the camera, explores the essence of arrogance, coexistence and hierarchies in his debut film. An existentialist film parable emerges against a breathtakingly beautiful, winter mountain landscape in an interplay of oppressive confinement and endless expanses. RP (Cottbus Film Festival)


Source: http://www.filmfestivalcottbus.de/en/festival-en/program-en/sections-en/movie/1487.html?fbclid=IwAR0O-fRjJTeomZcKKlzftCP9qOD6cPeA65mmU2cmYkZQ2vRuu36AuYY506w

Trailer:
Youtube Video


Duration: 93 min.
Language : Azerbaijani ( with English subtitles)



Liked this event? Spread the word :

Map Park CinemaBaku, Azerbaijan, Baku, Azerbaijan
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement