Search results for:
No result found! Try with different keywords!
Users
Organizers
Events
Advertisement
Oh Snap, this is a past event! 😵

Do you want to get notified when this event happens again?

İrsi nevroloji xəstəliklərin konsultasiyası

Advertisement

İrsi nevroloji xəstəliklərin konsultasiyası


Diqqət!
Nevroloqların, neyrogenetiklərin və psixiatrların nəzərinə!
Hormətli həmkarlar, diqqətinızə çatdırmaq istəyirik ki, aprel ayının sonlarında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun “Nevrologiya və Klinik Neyrofiziologiya” kafedrası, “Azərbaycan Milli Nevrologiya Assosiyasiyası” və UCL Nevrologiya İnstitutunun “Molekulyar Neyroelmlər” departamenti (İngiltərə, London) Bakı şəhərində irsi nevroloji xəstəliklərin birgə konsultasiyasını təşkil edəcəklər.
Pasiyentlərə və onların ailə üzvlərinə baxış keçiriləcək və diaqnozun dəqiqləşdirilməsi üçün molekulyar-genetik analizlər yerinə yetiriləcəkdir. Konsultasiya və müayinə ödənişsizdir.
Müayinə olunacaq xəstəliklərin siyahısı:
 Spinoserebellyar ataksiya
 Hentinqton xəstəliyi
 Hərəki pozulmalar: ailəvi ataksiya, paroksizmal diskineziya, xoreoatetoz, erkən başlanğıclı distoniya, yuvenil, erkən başlanğıclı parkinsonizm, ailəvi miokloniya (mioklonik distoniya, mioklonik ataksiya), irsi xoreya, ataksiya, Far xəstəliyi, Hallevorden-Şpatz xəstəliyi
 Mürəkkəb hərəki xəstəliklər (spastik paraplegiyalar və neyrodegenerativ hərəki xəstəliklər)
 Neyroinkişaf pozulmaları: mikro-, makrosefaliya, ailəvi psixiatrik xəstəliklər
 Epileptik ensefalopatiyalar, ailəvi epilepsiya
 Ailəvi yuxu polzulmaları: narkolepsiya, yuxu iflici, epizodik hipersomniyalar
 Yuvenil və erkən başlanğıclı leykodistrofiyalar
 Naməlum etiologiyalı nadir irsi nevroloji xəstəliklər
Sizin müşahidənizdə olan, yuxarıda qeyd olunmuş irsi ehtimallı nevroloji xəstələrin diaqnozlarının dəqiqləşdirməsi üçün pasiyentləri bu konsultasiyalara istiqamətləndirmənizi xahiş edirik.
Maraq göstərən həkimlər konsultasiyalar ilə yanaşı, keçirələcək irsi-nevroloji xəstəliklər üzrə seminarda da iştirak edə bilərlər.
Pasiyentlərin 050-212-73-98 (nevrologiya kafedrası, İlahə Əzizova) nomrəsi ilə əlaqə saxlamasını xahış edirik.
Vaxt məhduddur! Son kontakt müddəti 31.03.19.
Təşəkkür edirik!



Map Find Tickets, Baku
Loading venue map..
Report a problem

Are you going to this event?

Advertisement